“Akkord”un Qafqazda ən bahalı yol korrupsiyası – İTTİHAM













Avropada 600 milyon dollarlıq yol salınsaydı, ya qızıldan olardı, ya da qarşıdakı 100 ildə bir qarışı da çat verməzdi.

Yəni, indiki məzənnə ilə götürsək, 1 milyarda başa gələn yolun elə 1 əsr də istismar müddəti olardı. Ancaq bizdə?

► Qafqazın lider ölkəsinin yolu

Bakıdan Xızıya gedəndə 600 min dollarlıq yolda avtomobilimi sürürdüm. İnsan özünü necə də xoşbəxt hiss edir?! Qafqazın lider dövlətinin 600 milyon dollarlıq yolunda gedirsən…

Ancaq bu yolu getmək “cəhənnəmə gedən özünə yoldaş axtarır” misalına uyğundur. Şimala doğru gedən istiqamətdə yol “toya getməlidir”.

“Akkord”un Qafqazda ən bahalı yol korrupsiyası

Quba-Bakı beton yolu isə tamamilə dağılıb. Yolun dağılmasının səbəbkarı iritonnajlı yük maşınlardır.

Amma “Akkord” 600 milyon dollarlıq beton yolu tikərkən asfaltın qatını o qədər nazik edib ki, nə yük maşını, heç minik maşına da çox davam gətirməyəcəkdi.

Çünki “Akkord”un yol korrupsiyası Bakı-Quba yolunu yük maşınlarından qabaq “dağıtmışdı”.

Yolun tikintisinə 2008-ci ildən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib.

Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub.

Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilib.

Ekspertlərin fikrincə, yollarda yaranan problemlər işi görən podratçı şirkətin günahı ucbatından ola bilər.

Dövlət vəsaitinin keyfiyyətsiz, düzgün olmayan şəkildə, texnoloji əsasları olmadan xərclənməsinə görə “Akkord” məsuliyyət daşıyır.

► 70 il zəmanət verilmişdi…

Hazırda Qubadan Bakıya gələn istiqamətdə hərəkət məhdudlaşdırılıb, texnika yeridilib, beton yol təkrar salınır, genişləndirilir.

Gördüyümüz ondan ibarət idi ki, bu yola təkrar pul xərcləyib beton yolu düzəldirlər. Giləziyə qədər yolda işlər davam edir.

2013-cü ildən bəri tez-tez çökən yolun 134,5 kilometri “Akkord” Şirkətlər Qrupunun təşəbbüsü ilə betondan inşa edilmişdi.

“Akkord”un Qafqazda ən bahalı yol korrupsiyası

Yol istifadəyə veriləndə Nəqliyyat Nazirliyi bu yolun 70 il davamlı olacağı barədə bəyanat yaymışdı.

Çünki yol əməlli-başlı xərc aparmışdı. Açılışdan bir il sonra “AKKORD”un inşa etdiyi bu yolda iri çatlar əmələ gəldi.

Bəziləri yolun çökəcəyini proqnozlaşdırsalar da, rəsmi qurumlar və tikintini həyata keçirən “AKKORD” yolda heç bir problemin olmadığını dedilər.

Nəqliyyat Nazirliyi beton plitələrdə əmələ gələn çatları adi bir yoldakı çatlar kimi qiymətləndirdi.

Amma hadisədən bir neçə ay sonra yol qəfil çökməyə başladı. Çökmələr əsasən yolun Bakı-Sumqayıt istiqamətində başlandı.

Təsəvvür edin ki, Qafqazda ən baha qiymətə başa gələn, dünyanın ən bahalı yolları sırasında adı çəkilən Bakı-Quba-Rusiya yolu bu gün dünyanın ən sonuncu məhəllə yolunu xatırladır.

Bu yola ayrılan vəsaitin naməlum şəraitdə yoxa çıxması yoldakı vəziyyətdən açıq-aydın bilinir.

“Akkord”un Qafqazda ən bahalı yol korrupsiyası – İTTİHAM



“Akkord”un Qafqazda ən bahalı yol korrupsiyası – İTTİHAM


Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər