dunya
20.05.2018
ABŞ Bəhreynə 45 milyon dollarlıq silah satışını təsdiqləyib

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Bəhreyn Hərbi Hava Qüvvələrinə 45 milyon dollar dəyərində silah satışını təsdiqləyib.
Satış çərçivəsində Bəhreyn HHQ-nin F-16 döyüş təyyarələrinə 3000 ədəd bomba çatdırılacaq.
Dövlət Departamentinin yaydığı bəyanatda satışın Bəhreyn hökuməti tərəfindən sifariş edildiyi və onun milli təhlükəsizliyini gücləndirəcəyi qeyd olunub/Metbuat.az


