gundem
23.05.2018
“Evlənmək istəyən gənclərə 1 ay vaxt verilsin”

Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsini təklif edib.
Parlamentdə keçirilən dinləmədə çıxış edən deputat bunun səbəbini müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalması ilə əlaqələndirib: “Bununla bağlı hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur”.
Deputatın sözlərinə görə, Azərbaycana nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilməlidir: “Həmin bir ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq”./qafqazinfo.az


