Sabir Rüstəmxanlı: “Nə qədər yaltaqlıq ruhu olar?”













Xalq şairi: “Ürəyindən ərəb musiqisi keçir, bunu restoranda çaldır. Sən bütün küçəyə ərəb musiqisini niyə yayırsan?”
“Bakıda rus dili çox qol-qanad açıb”.

Bu sözləri “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayımda ziyalı, xalq şairi Sabir Rüstəmxanlı deyib.

Musavat.com xəbər verir ki, S.Rüstəmxanlı millətdə ləyaqət hissinin olmasının vacibliyinə toxunub və bunların ailədə, cəmiyyətdə, məktəbdə aşılandığını deyib: “Bu məsələlər təkcə ziyalını yox, dövlət məmurlarını narahat etməlidir. Yüksək səviyyəli dövlət məmurlarının dilindən eşitmişm. Niyə biz millət olaraq assimlyasiyaya uğrayırıq? İranda bu qədər assimlyasiya olunuruq. Millət olaraq içimizdə başqalarının mədəniyyətini, dilini, ruhunu yaşatmağa bu qədər meyllilyik. Niyə Bakıda rus dili bu qədər qol-qanad açır? İrandan gəlib, 20 ildir yaşayır, amma fars ləhcəsini unuda bilmir. Bu, millətin faciəsidir. Bu, bir kompleks yanaşma tələb edir”.

S.Rüstəmxanlı şəhərin mərkəzində, üzərində ərəb dilində sözlər yazılmış kafe-restoranların olmasına da toxunub. Deyib ki, əgər hansısa yazı ərəb turist üçün onun dilində yazılırsa, paralel olaraq Azərbaycan dilində də yazılmalıdır:“Keçirəm köhnə kitab pasajının yanından, aşağıdan çox gur səslə ərəb musiqisi səsi gəlir. Ürəyindən ərəb musiqisi keçir, bunu restoranda çaldır. Sən bütün küçəyə ərəb musiqisini niyə yayırsan? Orda sənin dilində azanımız, orda da sənin dilində restoran musiqisi səslənir. Bu millət harda nəfəs almalıdır? Bu, mənim azana qarşı fikrim kimi qiymətləndirilməli deyil. Mən müsəlmanam. Allaha duamızı da ərəbcə oxuyaq? Quranı oxuyaq, namazı qılaq. Amma duamı niyə ərəb dilıində oxumalıyam? Restoranlarda niyə ərəb dilində musiqi səslənməlidir?”

Ziyalı eyni zamanda cəmiyyətdə bəzi müraciət formalarının insanların içindəki yaltaqlıq ruhundan xəbər verdiyini vurğuladı: “Bizdə xanımlar və cənablar deyilir. İstənilən adama deyirlər, cənab. Küçədə deyir ki, cənab basçi mənə bu işi tapşırıb. Ya da cənab başçının cənab müavini bunu çatdırıb. Mən də yazmışdım ki, bir azdan deyəcək cənab başçının cənab müavininin cənab köməkçisi… Nə qədər yaltaqlıq ruhu olar? Bu milləti nə qədər içindən sındlırmaq olar? Adamlar qorxu içindədilər. Biri düşünür ki, ay aman birdən bu sözü düz demərəm, məni, qohumlarımı işdən çıxararlar, acından ölərəm. Belə psixoloji gərginlik altında bizim millət yaşaya bilməz. Bizim milləti bu qədər yaltaqlıq, əyilmək mühitində, öz sözünü deyə bilməyəcək mühitdə görmək istəmirəm”

Oxunub: 1 058

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər