Nəsimi rayonunda “Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirilib-FOTO













Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat, veteran və gənclər təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli qeyd olundu. Tədbirdən öncə ahıl Nəsimi rayon sakinləri- müharibə və əmək veteranları rayonun mövcud yaşılllıq zolaqlarında 100 ədəd qızılgül kolu əkdilər.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğunu qeyd edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən bəhs etdi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən bəhs edərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, ölkənin himninin, bayrağının və gerbinin təsis edilməsinin Azərbaycan tarixində yeni şərəfli səhifə açdığını bildirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən birinin də qadınlara səsvermə hüququnun verilməsi olduğunu diqqətə çatdırdı.

Nəsimi rayon İcra hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxışına davam edərək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğulayaraq müasir müstəqil ölkəmizin iqtisadi inkişafı, sabitliyi və tarazlaşdırılmış xarici siyasəti haqqında danışdı. Qeyd etdi ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib. Bildirdi ki, Azərbaycan xalqı ötən əsrin əvvəllərində istiqlal mübarizəsinə qoşulub və azadlıq ideyalarını böyük fədakarlıqla və cəsarətlə reallaşdırıb. Bu gün müasir Azərbaycanımız Xalq Cümhuriyyətinin siyasi-mənəvi varisi olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir.

Bayram əhval ruhiyyəli tədbirdə Cümhuriyyətin yaşıdları olan ahıl sakinlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə hazırlanmış tort kəsildi və çay süfrəsi arxasında öz xatirələrini bölüşdülər.

Tədbirdə Fəzail Miskinli, Telli Borçalı, Rövşən Əziz, Zahid Qubadlı, Səlim Abbasovun ifaları və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin rəqsləri rayon sakinlərinin alqışları ilə qarşılanmışdır.

Nəsimi rayonunda “Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirilib-FOTO


Nəsimi rayonunda “Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirilib-FOTO

Nəsimi rayonunda “Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirilib-FOTO

Nəsimi rayonunda “Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirilib-FOTO

Nəsimi rayonunda “Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirilib-FOTO
Nəsimi rayonunda “Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirilib-FOTO

Nəsimi rayonunda “Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirilib-FOTO

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər