Həkim səhlənkarlığı daha bir körpəni öldürdü: Həyatım bahasına olsa da… – GİLEY












Bakı sakini Elmar Zülfüqarov redaksiyamıza müraciət edərək yeni doğulmuş qızının həkim Vəli Behbudov tərəfindən yüksək dozalı dərmanlarla öldürüldüyünü iddia edir.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Elmar Zülfüqarov bildirib ki, Vəli Behbudovun uşağıma təyin etdiyi dərmanların hər birini mən saxlamışam: “Bir kiloqram yarım uşağıma yüksək dozalı dərmanlar təyin edib ürəyini dayandırdı. Mənim əlimdə bütün sübutlar var. İlkin ekpertizanın nəticəsinə görə qızım ürək dayanmasından ölüb. Hazırda Vəli yoxa çıxıb. Amma o yerin içinə də girsə tapıb çıxardacam. Mənim qızım ölüb. İstəmirəm ki, digər uşaqlar da Vəli kimi dələduzun qurbanı olsun. Mənim uşağım başqa özəl klinikasında dünyaya gəlib. Həmin klinika düzgün diaqnoz qoysa da biz onlara deyil Vəliyə inandıq. 250 minlik maşını həkim hansı pulla ala bilər. Əlbəttə insanları aldadaraq aldığı pullardan o maşını alıb. O, bütün xəstəxanaları gəzib, Mərkəzi Klinik Xəstəxanasına xəstə yığır”.

Elmar Zülfüqarov vurğulayıb ki, qızının doğulduğu özəl xəstəxanada əməliyyat məsləhət gördülər: “Qızıma əməliyyat məsləhət gördülər, qeyd etdilər ki, yüngül əməliyyatdır. Amma bu dələduz Vəli bildirdi ki, mən uşağı 3 günə sağaldıram. Mənim qızım normal gündə 8 dəfə 30 milli südlə qidalanırdı. Heç bir problemi olmadan biz onu digə özəl klinikdan çıxartdıq. Onlar əməliyyat dedilər deyə mən Vəlini oraya gətizdirdim. O, mənə dedi ki, Mərkəzi Klinik Xəstəxanaya 1500 manat pul ödə sənə uşağını sağlam verəcəm. Məndə inandım. Nəyin ki, 1500 manat mənim ora 4000 manat pulum çıxdı. Uşağımı da öldürdülər. Hələ mənə xəstəxanaya 600 manat borcumun olduğunu da söylədilər”.

Şikayətçi onu da söyləyib ki, Vəli Behbudov uşaqların həyatı ilə oynayır: “Amma bilsin ki, bu mənim həyatım bahasına da olsa onu tapacam. Özümü yandıracam, amma onu cəzsız qoymayacam. Mərkəzi Klinik Xəstəxananın digər həkimləri məni görəndə göz yaşlarını saxlaya bilmədilər. Dedilər ki, uşaq ölməli deyildi. Uşağımız heç bir aparata bağlı olmayıb. Sağlam uşaq idi. Yüksək dozalı dərmanları verib qızımın ürəyini dayandırdı. Mən hadisə ilə bağlı Səbail Rayon Prokurorluğuna müraciət etmişəm. Bir kiloqram yarım uşağa vurulmamalı olan dərmanlar təyin edib. Təsəvvür edin qızıma gündə iki dəfə yüksək dozalı dərmanlar vurulub. Verashpiron və lazix sidikqovucudur, bədəndən mayeni qovur və insanı halsızlaşdırır. Dideral və kaptopril ürəyin döyüntülərini azaldır. Belə çıxır ki, bu insanın məqsədi elə mənim uşağımı öldürmək olub. Mən Vəli Behbudovun cəzalandırılmasını istəyirəm”.

Məsələ ilə bağlı Mərkəzi Kliniki Xəstəxanaya sorğu göndərilib, sorğumuza verilən cavab dərc ediləcək.

Yazıda adıçəkilən Vəli behbudovla əlaqə saxlasaq da o mövqe bildirməkdən imtina edib.

Həkim səhlənkarlığı daha bir körpəni öldürdü: Həyatım bahasına olsa da… – GİLEY

Həkim səhlənkarlığı daha bir körpəni öldürdü: Həyatım bahasına olsa da… – GİLEY

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər