“Həbib tələb etdi ki, 735 minlik borc kağızına qol çəkim”













Deputat Elmir Axundovanın biznesmen oğlu Həbib Axundovun zərərçəkmiş olduğu məhkəmə işi üzrə ifadələr verilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu iş üzrə təqsirləndirilən Elnur İbrahimov özünü təqsirli bilməyib və H.Axundovla biznes münasibətlərinə aydınlıq gətirib.

O qeyd edib ki, xaricdən Azərbaycanda ofis ləvazimatları gətirib satmaqla məşğul olub. Bu iş üçün tanışlarından pul alıb və əvəzində onlara qazanc verib. Yekunda bu zəncirin bir ucu Həbib Axundova çıxıb, Axundov isə öz tanışları Fərman Məmmədov və Nazir Mirzəyevi də bu işə qoşub.

E.İbrahimov deyib ki, H.Axundovdan ilk olaraq 5 min alıb və elə həmin gün də 5500 qaytarıb: “Sonra 10 min alıb, 11 500, 25 min alıb 30 min, 90 min alıb 99 min qaytardım. Bundan sonra da həftəsinə 12 min qazanc vermək şərti ilə bir neçə dəfə 90 min aldım. Axırda işlər yaxşı getmədi, pulları qaytara bilmədim. Həbib pulları tələb etdi, hesabladıq 535 min borcum olduğunu dedi. Onun tanışları Orxan və Zarinadan aldığım pulları da Həbin ona verməyimi istədi, bunlarla birgə 735 min borcum oldu. Həbib məndən tələb etdi ki, bu məbləğdə borc müqaviləsinə qol çəkim. Mən isə onlara qazanc verdiyimi deyib güzəşt vermələrini istədim. Fərman 125 min qazanc götürdüyünü deyib 450 min borcum qaldığını bildirdi. Həbib də məcburən o pulu Fərmana ödədi”.

Zərərçəkmiş Fərman Məmmədov isə ifadəsində pulları Həbib Axundovdan tələb etdiyini deyib: “Həbib demişdi ki, gömrükdə müsadirə olunan malların satışını təşkil edəcəklər. Həm də anası Elmira Axundovanın parlamentin, məhkəmə sisteminin və digər dövlət qurumlarının dəftərxana ləvazimatları ilə bağlı tenderləri udduğunu söylədi. Həbib dedi ki, buna görə malı çatdıra bilmirlər və məndən borc pul istədi. İlk dəfə 10 min verib, 11 min aldım. Ümumi olaraq 435 min pul verdim. Amma həmin pulların Elnura verildiyindən xəbərim olmayıb. 2013-cü ildə pulumu istəyəndə Həbib dedi ki, Elnur ələ keçirib.

Həmin gün Həbib zəng edib dedi ki, uşaqlar Elnuru tutub Şüvəlandakı bağ evlərinə aparıblar. Mənim də ora gəlməyimi istədi. Orada Elnur pul aldığını etiraf etdi, bir gün sonra Elmira Axundova mənə zəng edib digər şəxslərlə də razılığa gəldiklərini dedi. 20 gün sonra Həbib məni evlərinə çağırdı, Elmira Axundova orada mənə 200 min verdi. Qalan pulu da yaxın günlərdə verəcəyini bildirdi. Bir dəfə də Elmira Axunova məni çağırıb 50 min verdi, daha sonra Həbib qalan 200 mini qaytarmaqdan imtina etdi. Mən indi həmin pulu Həbib Axundovdan tələb edirəm”.

Həbib Axundov isə ifadəsində Elnur İbrahimovun “piramida” quraraq onu və digər şəxsləri aldatdığını deyib: “Fərman Məmmədovdan alınan pula görə zamin durmuşdum, sonra məcburən bankdan 200 min kredit götürüb Fərmana verdim. Sonra da 50 min verdim. Özüm də iş görmək üçün Elnura pul vermişdim”.

Qeyd edək ki, hazırda bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam edir, Elnur İbrahimov həbs edilib, Həbib Axundov isə zərərçəkmiş kimi tanınıb.

Murad Əhməd

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər