Zəlzələ Zaqatalada məktəbi dağıtdı – “UŞAQLAR QORXUDAN İÇƏRİ GİRMİR…”







İyunun 5-də Zaqatala rayonu ərazisində baş verən zəlzələdən sonra A.Babayev adına Mosul kənd tam orta məktəbinin binası yararsız hala düşüb. Bu barədə virtualaz.org saytına kənd sakini Bahuəddin Şahverdiyev məlumat verib. Onun sözlərinə görə, bu gün məktəbdə dərslər təxirə salınıb. “Əvvəlki zəlzələlər zamanı məktəb binasında çatlar yaranmışdı. Dünənki zəlzələdən sonra çatlar dərinləşib. Müəllimlər də qorxudan içəri girmədi”,-Şahverdiyev əlavə edib.
Mosul kəndində əksər evlərdə çatlar yaranıb. Şahverdiyev deyir ki, onun ikimərtəbəli evində çatlar yaranıb, bünövrəyə zədələnib. Təhlükəli vəziyyət yarandığından səhərə kimi uşaqlarla həyətdə gözləyiblər.

Sakinin sözlərinə görə, əvvəlki zəlzələdə çatlar yaranmışdı. Təmir-bərpa üçün icra hakimiyyətindən pul ayrılmışdı, həmin pula çatların üstü suvanıb. Dünənki zəlzələ daha güclü olub, həmin suvaqlar tökülüb, köhnə çatlardan əlavə, yeni çatlar da yaranıb.

“Qorxudan uşaqları evə buraxa bilmirik”-Şahverdiyev bildirir.

Qımır kəndindən isə bildiriblər ki, daha çox mal tövlələri və hasarlar uçub.

Zəlzələ Zaqatalada məktəbi dağıtdı

“Budəfəki zəlzələ güclü oldu, uşaqların, qadınların qışqırtısından qulaq tutulurdu. Səhərə kimi evlərə girmədik, həyətdə oturduq. İndi kənddəki çayxanaya yığışmışıq, hamı danışır, belə çıxır ki, bütün evlərdə ziyan olub. Hələlik gəlib maraqlanmayıblar”, -Amil adlı kəndli bildirib.

Zaqatala rayon sakini Fərhad Hacılı isə bildirib ki, rayon mərkəzində bina evlərdə çatlar daha çoxdur. “Dünənki zəlzələ 6 baldan yuxarı idi, çünki bir neçə dəfə zəlzələ olduğundan artıq ayır edə bilirik. Sadəcə, bu zəlzələnin müddəti az oldu, bir neçə saniyə çəksəydi dağıntı və insan təlafatı baş verə bilərdi. O qədər vahiməli səs eşidildi ki, qorxudan çoxu səhərə kimi küçədə gecələdi”,- Hacılı söyləyib.

Onun sözlərinə görə, insanlar hazırda çayxanaya yığılıb, baş verənləri müzakirə edirlər: “Deyirlər ki, çoxunun evində qab-qacaq qırılıb, hətta çılçıraq da düşüb. Amma əsas ziyan kəndlərdə olub, əvvəldən qəzalı vəziyyətdə olan evlər dağılıb”.

Zəlzələ Zaqatalada məktəbi dağıtdı

Rayon sakini Yaqub Əliyev isə deyib ki, mağazasındakı ərzaqlar yerlə bir olub. “Piştaxtalar dağılıb, nə var yerə tökülüb. Bir neçə yerdən çatlar yaranıb, yaxşı ki, çox ziyana düşmədim. Yoxsa ki, təmir üçün pul ayırmaq üçün illərlə gözləmək lazımdır”.

Zaqatala rayon icra başçısının birinci müavini Tofiq Əhmədov virtualaz.org saytına deyib ki, səhərə kimi yerlərdə olub, qəzalı evlərə baxış keçirilib. “Günün birinci yarısınadək xüsusilə kəndlərdən 100-dən çox müraciət daxil olub.

Hələlik dəymiş ziyan tam müəyyənləşdirilməyib. Xüsusilə Mosul, Çobankol, Suvagil, Qımır, Gözbarax, Aşağı Tala kəndlərində evlərdə çatlar yaranıb, mal tövlələri, hasarlar dağılıb. Hazırda fövqəladə hallar komissiyası araşdırma aparır. Daha çox qəzalı kimi siyahıya alınmış evlərdə çatlar dərinləşib”, -Əhmədov qeyd edib.

Zəlzələ Zaqatalada məktəbi dağıtdı – “UŞAQLAR QORXUDAN İÇƏRİ GİRMİR…”



Zəlzələ Zaqatalada məktəbi dağıtdı – “UŞAQLAR QORXUDAN İÇƏRİ GİRMİR…”

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər