Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində dəhşətli faktlar üzə çıxdı. Dəhşət.!! Video











Bu gün sizlərin nəzərinə çatdıracağımız maraqlı xəbər heç də başqa-başqa saytlarda sifarişlə yayımlanan xəbər deyil ,həqiqəti əks etdirən dolğun məlumatı sizlərə təqdim edirik.

Əziz oxucularımız saytımızda bir neçə tiraj ilə yayımlanan Şirvan Əlillərin Regional Bərpa Mərkəzində işçilər və baş həkim arasında yaranmış narazılıqlar barədə məlumat vermişdik. Sözü gedən mərkəzin işçi heyyətindən durmadan redaksiyamıza müraciət məktubları daxil olurdu. İlk öncə qeyd etmək istəyirik ki,Şirvan Əlillərin Regional Bərpa Mərkəzinin işçi kollektivindən dogruxeber.tv informasiya agentliyinin redaksiyasına şikayət məktubu ilə müraciət ünvanlıyan vətəndaşların şikayətləri ilə bağlı əməkdaşlarımız yuxarıda adını qeyd etdiyimiz bərpa mərkəzi ilə telefon əlaqəsi saxlayıblar. Təəssüflər olsun ki, şikayətçilərin müraciəti ilə bağlı mərkəzin baş həkiminin münasibətini öyrənmək istəsək də, mərkəzdən bizə heçbir münasibət bildirmədən dəstəyi yerə qoydular.Əslində vəzifəsindən aslı olmayaraq jurnalistin verdiyi hər hansı bir sualını cavablandırmaq səlahiyyətli nümayəndələrin birmənalı vəzifə borclarıdır. Göründüyü qədər bəzi vaxtlarda bu cür halların baş verdiyinin şahidi oluruq. Odur ki, redaksiyamıza Şirvan şəhər sakinlərindən çox saylı müraciət məktubları daxil olduğu üçün mən dogruxeber.tv informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov Şirvan şəhərində olmuşam. İlk öncə onu qeyd edim ki, Şirvan şəhərində olduğum vaxt şikayətçilər ilə görüşüb onları yaxından dinlədikdən sonra Əlillərin Regional Bərpa Mərkəzinə getdim. Bərpa mərkəzində olduğum vaxt nahar vaxtına təsadüf etdiyi üçün mərkəzin baş həkimi yerində olmadı. Qəbul şöbəsində çalışan işçilər mənə bildirdilər ki, baş həkim rayon mərkəzində nahar etməyə gedib. Doğrusu əvvəlcə mənə təəcüblü gəldi ki, görəsən mərkəzin yeməkxanası yoxdurmu ! yoxsa orada hazırlanan yeməklər yaxşı hazırlanmır ? Nəsə keçək əsas məsələyə ilk öncə görüşdüyüm şəxs baş həkimin müavini Əhmədova Günay Hacıbala qızı oldu. Ə.Günay xanıma özümü təqdim etdikdən sonra xahiş etdim ki,baş həkim ilə telefon əlaqəsi saxlasın və gəlib gəlməyəcəyi barədə məlumat versin. Ə. Günay xanım baş həkim ilə telefon əlaqəsi saxlayıb mənə bildirdi ki, 20 dəqiqəyə gələcəkdir. Bir qədər vaxt olduğu üçün qərara aldım ki, mərkəzin işçi kollektivi ilə bir qədər söhbət edim. Mərkəzin işçilərindən soruşduqda ki, baş həkimin sizinlə davranışları sizi qani edirmi ? İşçilərin böyük əksəriyyəti baş həkimdən narazı olduqlarını qeyd etdilər. Səbəbini sorusduqda bildirdilər ki,bizi həm nalayiq ifadələr ilə danlayır həmçinin də bizə dövlət tərəfindən verilən bayram pullarını əlimizdən alır. Mən onlara bildirdikdə ki, niyə bu barədə öz etirazınızı bildirmirsiniz ? onlar isə məzlumcasına bildirdilər ki,əgər biz nəsə desək bizi işdən çıxardar ,hətta bir neçə işçimiz bu barədə etiraz etdikləri üçün onları isdən azad etmişdir. Mən sonra baş həkimin qəbul otağının gözləmə zalında oturduğum zaman masanın üzərində adlar və pul məbləği yazılmış bir vərəqi gördum. Vərəqdə yazılan adlar və pullar barədə soruşduqda işçilər mənə bildirdilər ki,bayram pullarını baş həkimə verənlərin siyahısıdır. Bu cür mənzərə doğurdan da məni çaş-baş salmışdı mərkəzin ümümi kollektivinin açıq şəkildə narazı olduqlarının canlı şahidi oldum. Nəhayət, baş həkim gəldi və məni otağına qəbul etdi. K.Abbasova tək olmadığı üçün xahiş etdim ki, söhbətimizdə kənar şəxslər iştirak etməsin. Mənə bildirdi ki,bu şəxs mənim həyat yoldaşımdır kənar şəxs deyil dedikdə mən heç bir etiraz etmədən tanış oldum. Adının Əli olduğunu deyən K.Abbasovanın həyat yoldaşı ilk öncə mənimlə oqressiv danışsada sonradan məsələdə heçdə haklı olmadıqlarını anladı. Bir xeyli söhbət əsnasında sikayətçilərin məsələlərinə münasibət bildirən K.Abbasova bəzən elə tonda danışırdı ki, sanki rəhbərlik etdiyi bərpa mərkəzi özünün özəl klinikasıdır. Bir sözlə desək mərkəzin işçi kollektivinin redaksiyamıza etdiyi müraciətdə edilən şikayətləri qəbul etmək istəmirdi və deyilənləri isə Şirvan şəhər icra hakimiyyəti tərəfindən bir sifariş olduğunu qeyd etdi. Mən soruşdum ki, hansı əsasa bu cür qənaitə gəlmisiniz və icra hakimiyyətini nədən itdiham edirsiniz ? K.Abbasova bildirdi ki, çünki, mən bərpa mərkəzinə keçmiş nazir Səlim Müslümovun adamı kimi təyin olunmuşdum və icra hakimiyyətinin başçısı mənim yerimə öz adamını qoymalı imiş. Məs ona görə bu cür aramızda narazıçılıq yaranıb deyə K.Abbasova bildirib.
Belə ki, mövzumuzun davamını növbəti günlərdə diqqətinizə catdıracağıq...Hansı yalanlar üzə cıxdı ?! və kimlərə təziq olunduğu və sair barədə gələn günlərdə !! Bizi izləyin..
K.Əsgərov


Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində dəhşətli faktlar üzə çıxdı. Dəhşət.!! Video
Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində dəhşətli faktlar üzə çıxdı. Dəhşət.!! Video
Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində dəhşətli faktlar üzə çıxdı. Dəhşət.!! Video
Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində dəhşətli faktlar üzə çıxdı. Dəhşət.!! Video
Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində dəhşətli faktlar üzə çıxdı. Dəhşət.!! Video

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər