Mübarək ayda bağışlanma fürsəti













Zahid SƏFƏROĞLU

Din, inanc məsələsi yüz illərdir cəmiyyətlər və hakimiyyətlər üçün həssas mövzu olaraq qalır. Ona siyasət bulaşanda vəziyyət daha da qəlizləşir. Çünki siyasət konkret fəaliyyət sahəsi, peşədirsə, inanc sistemi – bütün zamanlar üçün, hakimiyyətlərdən asılı olmayaraq dəyişməz qalan yaşam tərzidir, hətta adət-ənənədir.

Siyasətdə yalan-palan ola bilir, bəzən ən əxlaqlı siyasətçi belə, hansısa marağa, dövlət mənafeyinə görə buna getmək zorunda qalır. Din, inanc isə yalanı və yalançını sevməz, onu dərhal çıxdaş edər. Nəhayət, siyasətçilərin hazırladığı qanun-qaydalar dəyişə, dəyişdirilə bilərsə, inanc sistemi, ilahi qanunlar və tabular bütün zamanlar üçün keçərlidir, dəyişməzdir.

“Dində məcburiyyət yoxdur”. Müqəddəs Qurandakı bu ayə (“Bəqərə” surəsi) İslamın tolerant din olduğuna şəkk- şübhə saxlamayan güclü bir dəlildir. Azərbaycanda radikal dini cərəyanlar xaric, istənilən dinə, təriqətə, etiqada dözümlü münasibət var. Bu, sözsüz ki, toplum olaraq, bizim üstün cəhətimizdir. Azərbaycan cəmiyyətini yaxşı mənada dünyada tanıdan bir “marka”dır.

Yeri gəlmişkən, məhz bu üstünlük İŞİD-in dünyaya meydan suladığı vaxtlarda ona Azərbaycanda ayaq açmağa imkan vermədi. Şəksiz ki, milli təhlükəsizlik xidmətinin fəaliyyəti də var. Ancaq aparıcı amil ölkədəki inanclı kəsimin İŞİD-çiləri, radikalizmi anti-insani bir cərəyan olaraq kökündən iqnor eləməsi oldu. Dinin, Quranın təhrifi üzərində qurulan İŞİD radikal məfkurəsi Azərbaycanda özünə münbit zəmin tapa bilmədi və elə sərhəddəcə gözləyə-gözləyə “quruyub” getdi…

Sözü ona gətiririk ki, tolerant mühit – daxildə dinlə, inancla, imanla bağlı da istənilən məsələni konstruktiv atmosferdə, qarşılıqlı ittihamlar olmadan, heç kimi aşağılamadan dinc polemikaya çevirməyi mümkün edir. Xüsusən də tərəflər eyni dinin daşıyıcısı, daha dəqiqi, iman əhlidirsə, ziyalıdırsa, polemikaya açıq olması gərəkir.

Əfsus ki, mübarək ayda da bəzi imanlı ziyalılar kiminsə haqqına girir, onu aşağılamaqla özünü yüksəltməyə, “daha yaxşı müsəlman” kimi görünməyə çalışır. Yəni Allahın insanda, illah da müsəlmanda bəyənmədiyi təkəbbürə varır. Halbuki, islam peyğəmbəri (ə) “Sizlərdən (möminlərdən) ən yaxşısı insanlara faydalı olandır” deyib.

Yəni tənqidlə təhqirin sərhədini dəqiqləşdirmək kimi əbədi problem…

Ötə yandan, obrazlı desək, islam dini üçün konstitusiya Qurani-kərimdir. İnid kimsə ona əməl eləmirsə, onu pozursa, Quran günahkar sayılmaz. Özü bilər, Allahı bilər. Yalnız Qurana nəzərən kimin daha yaxşı müsəlman olması bilinər. Heç kim Allahın yerinə hökm verə bilməz.

Amma bir də görürsən, ömründə 2 rükət namaz qılmayan, 1 gün oruc tutmayan, Ramazan ayında belə ağzı içkidən ayrılmayan birisi özünü müsəlman saydığını deyir, İslamın təməl şərtləri olan namaz-oruc ibadətlərini pis-yaxşı yerinə yetirməyə çalışana dodaq büzür, iman dərsi keçmək istəyir, “filankəs yaxşı mömin deyil”, “bəhmənkəs cahildir” deyir, hətta dinlə bağlı hökm verir.

Amma daha sən yox ki! Yenə kimsə nəsə etməyə səy edir. Əcəba, sənin əməlin, dinin, etiqadın nə? “Konstitusiya” – Quran ortada. Sən öncə öz davranışınla, əməlinlə, işinlə bu “konstitusiya”ya hamıdan yaxşı riayət etdiyini göstər, nümunə qoy, örnək ol. Hamı da desin, əhsən, müsəlman bax, elə bu cür olmalıdır. Çünki islam əxlaq dinidir, sözdən çox əmələ dəyər verən sistemdir…

Peyğəmbərimiz bunu da buyurub ki, “Bilmədiyinə görə insana günah yazılmaz”. Demək, bilib əməl etməyənlərin vay halına. Nəzərə alsaq ki, bilənlərin boynunda həm də başqaları üçün maarifçi olmaq missiyası var, o zaman ziyalı-müsəlmanın məsuliyyət ikiqat artmış olur…

Mübarək ayın sonuncu həftəsini yaşayırıq. Peyğəmbər əfəndimiz (s) şeytanın zəncirləndiyi bu əzəmətli aydan imanı daha kamil şəkildə çıxmayanları, Allah tərəfindən bağışlanmamış çıxanları “bədbəxt” adlandırıb.

Fürsəti qaçırmayaq. Günaha və haqqa girənlərdən, bədbəxtlərdən və təkəbbürlülərdən deyil, bağışlananlardan və bağışlayanlardan olaq!..

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər