dunya
15.06.2018, 14:31
İndira Qandi aerportunda 5 Azərbaycan vətəndaşı həbs edildi – QIZIL QAÇAQMALÇILARI, 3-Ü QADINDIR…

Hindistanın paytaxtı Dehlinin İndira Qandi Beynəlxalq Aeroportunda 5 Azərbaycan vətəndaşı həbs edilib. Virtualaz.org Hindistan mənbələrinə istinadən xəbər verir ki, onlar qızıl qaçaqmalçılığında ittiham olunur.
Aeroportun gömrük komissarı Anubha Sinha bildirib ki, həbs edilənlərin 3-ü qadındır. Onların üzərindən 2,5 kiloqrama yaxın qızıl məmulatları aşkarlanıb. Saxlanılanlar qızılı gömrükdən gizlətməklə aerportdan keçirmək istəyiblər.
FacebookWhatsAppTelegramFacebook MessengerTwitterGoogle+PinterestMail.RuOdnoklassnikiCopy LinkWeChatViberVK


