siyaset
25.06.2018, 15:01
İnam Kərimovdan daha bir təyinat – Professorun oğluna yüksək vəzifə verildi

Vüqar Babayev Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin rəhbəri təyin olunub.
1972-ci ildə Gəncədə anadan olmuş V.Babayev professor Amin Babayevin oğludur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını (indiki Aqrar Universitet) bitirib, ixtisasca torpaqşünasdır.
Bu vəzifəyə qədər AMEA-nın Yüksək Texnologiyalar Parkının müdiri vəzifəsində çalışırdı/Fed.az


