Şəhid məzarını hasara alan kimdir? – Video













Abşeron rayonunda qəbiristanlığın yaxınlığında yaşayan qonşular şəhid məzarı ilə bağlı rəsmi qurumlara müraciət ediblər. Belə ki, onlar məzarın evlərinin içindən göründüyünü və bundan narahatlıq keçirdiklərini bildirirlər. Qonşular başdaşı üzərindəki gənc əsgər Asim İsayevin şəklindən qorxduqlarını deyir və hündür hasara alınmasını tələb ediblər.

Şəhid Asim İsayevin bibisi Simuzər Əmiraslanova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qardaşı oğlunu 2017-ci ilin avqust ayında burada dəfn ediblər: “Asim evin tək oğludur, 1 bacısı var. Ötən il hərbi xidmətdə olarkən şəhid oldu, burada dəfn etmişik. İndi qonşular deyir “biz şəhidin başdaşından qorxuruq, hasara alın”. 25 qonşu hər yerə şikayət edib. Artıq daş, sement və qum da gətirib töküblər. Qəbiristanlığın rəhbərliyi də deyir ki, qonşular üstümə tökülüşüb, məcbur hasar çəkməliyəm. Atası taksi fəaliyyəti ilə məşğul olub bu məzarı düzəltdirib, anası hər ay maaşını bu güllərə verib gətirib qəbirin üstünə qoyur. Məzarın hasara alınması Azərbaycan şəhidinə təhqirdir”.
Qəbiristanlığın rəhbəri İsamil İsayev də “Qafqazinfo”ya açıqlamasında belə bir problemin olduğunu təsdiqləyib: “Qonşular meriyaya, prokurorluğa, polisə, icra hakimiyyətinə şikayət yazıblar ki, o qəbirdən qorxuruq. Rəsmi şəxslər gəlib baxdılar, məlum oldu ki, o evlər qanunsuz tikilib, heç birinin də sənədi yoxdur. Sonra Abşeron Rayon İcra Hakimiyyətindən mənə dedilər ki, məzarı hasara al. Mən də 1000 daş aldım, sement, qum alıb hasarı çəkməyə başladım. Şəhidin yaxınları gəlib narazılıq etdilər. Ardıyca rayonun baş memarı Akif müəllim dedi ki, “sənə səhv məlumat veriblər, tikmə”. Mən də saxladım. Bir müddət sonra ikinci dəfə mənə tapşırdılar ki, tik. Orada bir qəbirüstü büst var, o mərhumun qardaşı Vüqar polis polkovnikidir. Bu dəfə də o mənə imkan vermədi ki, şəhidin məzarını hasara alaq. Mən də ikinci dəfə sökdürdüm.

On gün əvvəl məsələ yenə gündəmə gəldi, bu dəfə də materialları alıb gətirib tökdüm. Xırdalan meri Rafiq müəllim deyir tik, bələdiyyənin sədri Eldar müəllim deyir tikmə. Mən də girinc qalmışam”.

İ.İsayev bildirib ki, şikayət edən qonşuların evlərinin sökülməsi də gündəmə gəlib, hətta bir ev qəbiristanlığın ərazisində tikilib: “Şəhidin dəfn olunduğu yer qəbiristanlığın ərazisidir, evlərin də bəziləri bizim ərazidə tikilib. Onlara da bir söz deyən yoxdur. Məsələ ilk gündəmə gələndə Əmlak Komitəsi həmin evlərin söküləcəyini deyirdi, sonra nəyəsə görə məsələ qaldı. Orada bir qırmızı ev var, pəncərələri qəbiristanlığa açılır”.

İ.İsayev qeyd edib ki, şəhid məzarının hasara alınıb-alınmayacağı ilə bağlı hələ ki, konkret bir qərar yoxdur.






Şəhid məzarını hasara alan kimdir? – Video



Şəhid məzarını hasara alan kimdir? – Video

Şəhid məzarını hasara alan kimdir? – Video


Şəhid məzarını hasara alan kimdir? – Video

Oxunub: 959

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər