“Cəmi 6 ay evli qaldı, balası da olmadı…” – Şəhid pilotun anası













Bu gün aprel şəhidlərinin vəfatının ikinci ildönümü tamam olur. “Qafqazinfo” bu münasibətlə II Fəxri Xiyabanda dəfn olunan Mİ-24 helikopterinin pilotları mayor Urfan Vəlizadə, Təbriz Musazadə və Əbu Bəkr İsmayılovun məzarını ziyarət edib.

Əbu Bəkr İsmayılovun məzarını ziyarətə gələn anası Rəna İsmayılova son iki ilin çox ağır keçdiyini bildirib:

“26 yaşında bu cür qəhrəman oğul itirən ana üçün bu iki il neçə keçə bilər? Çox çətin keçdi. Hər gün dərdimin üstünə dərd gəlir. Kim deyir ki, zaman hər şeyi həll edir? Yox, dərdim daha da dərinləşir.

Amma bir onu bilirəm ki, Əbu Bəkr bir 26 il daha yaşayıb 52 yaşında olsaydı da, o, bu dünyadan yenə qəhrəman kimi köçəcəkdi. Oğul mənimdisə mən onu tanıyıram. Bu cür qəhrəmanlıqla o elə şəhid də getməli idi. Tarix gedəcək, illər dəyişəcək, amma bu igid, qəhrəman oğullar unudulmayacaq.

Məni bu günə qədər yaşadan Əbu Bəkrin dostları, təhsil aldığı illərdəki tələbə yoldaşları, kursantlar və iş yoldaşları olub. Onlar mənimlə görüşürlər, gələ bilməyəndə zəng edirlər. O dostları ilə məni yaşadır. Bu da mənə böyük qüvvə verir.

Demək olar ki, ayın bir iki gününü çıxmaqla onun qəbrini ziyarətə gəlirəm. Sonuncu dəfə onunla aprelin 2-də (2016-cı il) səhər saat 10-a qalmış danışmışdım. Mənə dedi ki, həyatda ən çox sevdiyi insan mən və həyat yoldaşıdır. O, 6 ayın evlisi oldu. Balamın övladı da olmadı. Danışanda bildim ki, döyüşdədir. Son sözü “irəliləyirik” oldu.

Qeyd edək ki, səhər saatlarından aprel şəhidlərinin məzarını müxtəlif təbəqədən olan çoxsaylı insanlar və ailə üzvləri ziyarət ediblər.













“Cəmi 6 ay evli qaldı, balası da olmadı…” – Şəhid pilotun anası“Cəmi 6 ay evli qaldı, balası da olmadı…” – Şəhid pilotun anası“Cəmi 6 ay evli qaldı, balası da olmadı…” – Şəhid pilotun anası“Cəmi 6 ay evli qaldı, balası da olmadı…” – Şəhid pilotun anası

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər