17 yaşlı Leylanın ölümü ilə bağlı cinayət işində yenilik: klinika rəhbəri də həbs edilə bilər













17 yaşlı Leylanın ölüm səbəbi ətrafında müəmma qalmaqda davam edir. Leylanın ölümünə səbəb olan həkimlər hələ də məhkəmə önünə çıxarılır.

Məlumata görə, cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə ilə birgə “StarMed” klinikasının direktoru Cəbrayıl Sultanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülüb.

Musavat.com xəbər verir ki, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir. C.Sultanovun barəsində başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.

Bu gün Yasamal Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə klinikanın direktoru C.Sultanovun vəkili Vüqar Babayev vəsatət qaldırıb. O, müvəkkilinin günahsız olduğunu deyib və cinayət işinə xitam verilməsini istəyib. Vəsatətlə bağlı qərar növbəti iclasda elan olunacaq.

Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.

Leyla 2015-ci ilin mart ayında “StarMed” özəl klinikasında burnundan əməliyyat olunan zaman dünyasını dəyişib. Maliyyə-İqtisad Kollecinin 3-cü kurs tələbəsi olan Mürsəlova Leyla Namiq qızının əməliyyat zamanı narkoz verildikdən sonra dünyasını dəyişdiyi bildirilirdi. İlkin ehtimala görə, narkozun dozası çox olmuşdu.

Daha sonra isə L.Mürsəlovanın ürək çatışmazlığından əziyyət çəkdiyi barədə də məlumatlar yayıldı. Amma hazırda davam edən məhkəmə işinin gedişatından aydın olur ki, Leyla tamamilə başqa xəstəlikdən əziyyət çəkirmiş. Amma mərhumun ailəsi bununla razılaşmır.

Leylanın ölümü ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Leylanı əməliyyat edən cərrah Mehdiyev Sənan Elman oğlu və əməliyyatda anestezioloq kimi iştirak edən Quluzadə Emin Akif oğlu cinayət məsuliyyətinə cəlb ediliblər.

Bildirək ki, təqsirləndirilən şəxslər barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Onlar ev dustaqlığındadırlar.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər