Paşinyan Naxçıvanın Günnüt kəndi ilə bağlı fakt qarşısında qoyulur













Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi Ermənistanda hələ də geniş rezonans doğurmaqdadır. Düşmən ölkədə hakimiyyət burada hər hansı yeniliyin olmadığıı iddia etməyə çalışsa da, reallıqda erməni cəmiyyəti tam fərqli vəziyyətin hökm sürdüyünü qəbul edir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda bu məsələyə Prezident İlham Əliyev də xüsusi toxundu: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində – keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik – böyük məharətlə və peşəkarlıqla”.
Azərbaycan əldə etdiyi Naxçıvan nailiyyətini fakt və sübutlarla meydana qoyur. İrəvanda isə hakimiyyətə gələn yeni qüvvələr ən müxtəlif bəhanələrlə hansısa ciddi dəyişikliklərin olmadığıın göstərməyə çalışırlar. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” istifadəçilərindən birinin sualına cavab verərkən bildirib ki, Azərbaycan tərəfi mühüm yüksəkliyi ələ keçirməyib: “Azərbaycanın hazırda malik olduğu ərazilər həmişə onun nəzarətində olub və buna görə də Ermənistan tərəfinin hər hansı ərazi itirdiyini iddia etmək absurddur”. Bununla belə, Paşinyan etiraf edib ki, mövqelərin müəyyən dəyişməsi baş verib.

Bunun ardınca Paşinyan yazıb: “Naxçıvan istiqamətində mövqelərin müəyyən dəyişməsi baş verib, Azərbaycan müxtəlif istiqamətlərdə mövqelərini dəyişdirib, lakin taktiki və hərbi planda Naxçıvan istiqamətində əhəmiyyətli dəyişikik baş verməyib. Azərbaycan bir çox istiqamətlərdə mövqelərini dəyişdirib. Mən indi bu məsələyə toxunmaq istəmirəm ki, biz öz mövqelərimizi dəyişmişik, yoxsa yox.”. Əslində, bu fikirlərdən aydın görünür ki, Paşinyan özü-özünü təkzib edir. Azərbaycan müxtəlif istiqamətlərdə mövqelərini dəyişdirdyini bildirsə də, o iddia edir ki, hansısa əraziləri itirməyiblər. Azərbaycan Müdafiə Nazirliyi də Paşinyanı fakt qarşısında qoyan açıqlama verib: “Naxçıvan istiqamətində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada “nokauta” salıb. Ermənistan mətbuatının “Günnüt əməliyyatı”nı növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir”. Məlumatda qeyd olunur ki, Azərbaycan əsgərinin vurduğu tərs sillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazandırmağa çalışır: “Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa çıxış yolu qalmır. Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”.

Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi Günnüt kəndinin işğaldan azad edilməsinə dair hazırlanan videomaterialı öz səhifəsində yerləşdirib və geniş izləyici auditoriyasına təqdim edib.
Erməni mediası tərəfindən yayılan dezinformasiyalara cavab olaraq təqdim edilən videoda Azərbaycan Ordusunun kəndi erməni işğalçılarından azad etməsi, Sədərək istiqamətində irəliləyişlər, şərab zavodu və ona yaxın ərazilərin nəzarət altına alınması faktlarla izah olunur. Müdafiə naziri Zakir Həsənov Naxçıvanın Günnüt kəndi və ətrafındakı ərazilərin düşməndən geri alınması barədə danışarkən bildirib: “Neytral torpaq anlayışı yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”. Elə erməni bloqqerlər də yaydıqları video və foto materiallarda Günnüt kəndinin işğaldan azad olunmasını açıq etiraf edir. Bütün bunlar isə artıq İrəvanı fakt qarşısında qoyur.

Nahid SALAYEV

Oxunub: 1 191

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər