“Naxçıvan əməliyyatının davamı olacaq” – Polkovnik













Xəbər verdiyimiz kimi, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.
Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.

Aprel döyüşlərindən sonra Azərbaycan ordusunun Naxçıvanda həyata keçirdiyi uğurlu əməliyyatdan danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az-a bildirib ki, bu, ölkəmizin heç vaxt işğalla barışmadığının sübutudur.

“Azərbaycanın heç vaxt işğalla barışmayacağı mesajını Ali Baş Komandan, prezident İlham Əliyev dəfələrlə verib. Ali Baş Komandan xəbərdarlıq edib ki, Ermənistan konstruktiv mövqedən çıxış etməsə, Azərbaycan son varianda güc tətbiq edərək öz torpaqlarını işğaldan azad edəcək. Naxçıvanda olan silahlı bölmələr müəyyən operativ-taktiki tədbirlər həyata keçirərək işğal edilmiş torpaqlardan düşməni geri çəkilməyə məcbur edib. Nəticədə bir sıra yaşayış məntəqələrində təhlükəsizlik təmin olunub. Orada 11 min hektar əraziyə sahiblik geri qaytarılıb. 8 min hektar torpaq kənd təsərrüfatı üçün yararlıdır. Günnüt kəndinin sakinləri 26 ildən sonra öz qəbiristanlıqlarını ziyarət ediblər. Naxçıvanda bir daha nümayiş etidirildi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Hansı yolla olursa olsun, torpaqlarını işğaldan azad edəcək”, – deyə ehtiyatda olan polkovnik bildirib.

Ş.Ramaldanov qeyd edib ki, Cocuq Mərcanlıdan sonra estafeti Naxçıvan götürüb və uğurla başa çatdırıb: “Düşünürəm ki, bunun əhəmiyyəti çox böyükdür. İşğaldan azad edilən hər bir qarış torpaq bizi əsas hədəfimizə yaxınlaşdırır. Azərbaycan cəmiyyəti bunu çox yaxşı qarşılayır, ruh yüksəkliyi ilə qeyd edir. Digər tərəfdən strateji, taktiki cəhətdən orada olan yüksəkliklər İrəvana gedən yolu nəzarətdə saxlamağa imkan yaradır. Hesab edirəm ki, ən böyük sevindirici hal kənd sakinlərinin öz evlərinə, torpaqlarına qovuşmasıdır”.

Polkovnik vurğulayıb ki, Naxçıvan əməliyyatı böyük qayıdışa, torpaqlarımızın işğaldan azad olunmasına istiqamətlənən addımlardan biridir: “Cocuq Mərcanlının timsalında biz görürük ki, qısa zamanda azad olunmuş yaşayış məntəqələrində abadlıq-quruculuq işləri aparılır. Müasir infrastruktur yaradılır. Bu, düşmənə nümunədir ki, torpaqlar azad edilsə, orada infrastruktur hansı formada bərpa olunacaq. Bunu erməni cəmiyyəti də görür. Cocuq Mərcanlıdan sonra Xankəndində camaat qorxu içərisində yaşamaqdan bezib və ayağa qalxıb. Başa düşürlər ki, işğal onlara heç nə verməyib.

Hesab edirəm ki, Naxçıvandakı əməliyyat böyük qayıdışa, torpaqlarımızın işğaldan azad olunmasına istiqamətlənən addımlardan biridir. Bunun axarı, davamı olacaq. Biz digər istiqamətlərdə də belə xoş xəbərləri eşidəcəyik. Bəlkə də atılan addımlar Ermənistanı qeyri-kontruktiv mövqeyindən çəkindirərək, cəmiyyətin təzyiqi altında düzgün mövqe tutmağa, nəhayət, öz xalqını, gələcəyini fəlakətdən qurtarmağa apardı. Bu da onlara dərs olmasa, öz havadarlarının əmrlərini yerinə yetirməkdə davam etsələr, Azərbaycan hərbi gücü ilə qısa zamanda işğalçı qüvvələri darmadağın edərək işğala son qoyacaq. Düşünürəm ki, Naxçıvan əməliyyatının davamı olmalıdır və olacaq”.

Son xəbərlər

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Bütün xəbərlər