Fazil Məmmədov “American Hastanesi”nə yerləşdirilib













Sabiq nazirin həkimi: “Normal, sağlıqlıdır…”
2 ay əvvəl Gəncədəki xəstəxanaya yerləşdirilən sabiq vergilər naziri Fazil Məmmədov ölkədən müalicə adı ilə çıxıb. Onun Türkiyəyə, oradan isə ABŞ-a aparılması xəbəri yayılıb. Vəzifədən çıxarılandan sonra Fazil Məmmədovun səhhətində ağırlaşmalar baş vermişdi və onu bu ilin aprelində Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirmişdilər. Fazil Məmmədovun həmin xəstəxanada bir neçə xəstəlikdən müalicə olunduğu bildirilirdi. Qeyd olunurdu ki, Fazil Məmmədov nazir olduğu dönəmdə hər ay həkim nəzarətində olub. Yayılan son məlumatlar da əvvəl yazıqlarımızı təsdiqləyir.

“Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”. Bu sözləri modern.az-a uzun müddət F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalının həkimi Süleyman Dinçer söyləyib.

Amerikan Hastanesi ile ilgili görsel sonucu

Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyə Respublikasında “American Hastanesi”nə yerləşdirilib.

F.Məmmədovun qohumlarının “APA-Economics”ə verdiyi məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.

Hazırda sabiq nazir “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır.

Qeyd edək ki, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı Gəncədəki xəstəxanaya yerləşdirilmişdi. Həmin xəstəxananın Fazil Məmmədova məxsus olması haqda bu günə qədər təkzib edilməyən məlumatlar var. Bildirilirdi ki, onun müalicəni Türkiyədən və İsraildən çağırılan həkimlər həyata keçirirlər. Fazil Məmmədov hələ nazir olduğu dövrdən həmin həkimlərin nəzarətində imiş. Ölkədən çıxışı yasaq olunduğundan Fazil Məmmədov həmin həkimlərin qəbuluna gedə bilmir deyə, həkimlər xüsusi təyyarə reysləri ilə Gəncəyə gəlib onu müalicə edirlər. Fazil Məmmədov Azərbaycanda olduğu dövrdə belə iddialar da vardı ki, sağlıq durumunun ağırlaşması və xəstəxanaya yerləşdirilməsi onun ölkədən çıxmaq istəyi ilə əlaqədar olub. Bildirilirdi ki, Fazil Məmmədov xəstəliyini qabartmaqla ölkədən çıxışına olan qadağanı aradan qaldırmağa can atıb.


Fazil Məmmədov “American Hastanesi”nə yerləşdirilib

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər