dunya
1.07.2018, 09:13
Kişinyovda Moldovanın Rusiyadakı sabiq səfirinin oğlu qətlə yetirilib

Kişinyovda Moldovanın Rusiyadakı sabiq səfiri Anatoli Tseranunun oğlu 30 yaşlı Teodor Tseranu qətlə yetirilib.
dogruxeber.tv-in “Ukrinform”a istinadən verdiyi xəbərə görə, Teodor və digər şəxs arasında baş vermiş insident atışma ilə nəticələnib. Həkimlər Teodor Tseranunun bədənində 3 güllə yarası aşkarlanıb. Hadisə yerində 32 yaşlı kişi saxlanılıb.
Saxlanılan şəxsin evindəki dəmir seyfdə çoxlu sayda silah-sursat aşkarlanıb.


