Aygün Kazımovanın bu hərəkəti araşdırılacaq

















Bu gün sosial şəbəkələrdə Xalq artisti Aygün Kazımovanın “Zaurla Günaydın” verilişində qonaq olarkən etdiyi qeyri-etik hərəkətlərlə bağlı video yayılıb.

Qeyd edək ki, verilişdə qonaq olan müğənni formada qalmasının sirrini tamaşaçılarla bölüşmək üçün divana çıxıb və məşqçisindən öyrəndiyi hərəkətləri təkrarlamağa başlayıb.

Onun bu hərəkətləri əksər sosial şəbəkə izləyiciləri tərəfindən tənqidlə qarşılanıb, “bunlar nə yeyir, nə içir…” deyə şərhlər bildirilib. Bir çoxları isə məsələ ilə bağlı televiziya rəhbərliyini qınayıb və bu cür biabırçı kadrların efirdə yayımlanmasının yolverilməz olduğunu deyiblər.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı musavat.com-un əməkdaşı Milli Televiziya və Radio Şurası (MTRŞ) rəsmilərinin mövqeyini öyrənməyə çalışıb.

MTRŞ-nın rəsmisi Toğrul Məmmədov məsələ ilə bağlı araşdırılma aparılacağını bildirib: “Əgər kadrlar ictimaiyyətdə qıcıqla qarşılanıbsa, ictimai narazılıq mövcuddursa, əlbəttə ki, MTRŞ bununla bağlı tədbirlər görür. MTRŞ cəmiyyətin maraqlarını qoruyur. Dəfələrlə bu cür mövzularda müzakirələr aparılıb, tədbirlər görülüb. Lakin konkret olaraq, yenə də bu cür problemlər var, belə hallar mütəmadi təkrarlanır. Bu cür məsələləri teleyayımçı işləməlidir, yəni, birbaşa televiziya rəhbərliyi məsuliyyət daşıyır. Ona görə də yayımçı bu cür hərəkətlərə yol verməməlidir.

Adətən, efirdə bu cür olaylar olanda həmin kadrlar bir gün sonra monitorinqə verilir və nəticələri ilə bağlı müzakirələr aparılır. Aygün Kazımovanın hərəkətləri ilə bağlı kadrlar əgər, bu gün yayımlanıbsa, sabah bununla bağlı monitorinq şöbəsi nəticələri bizə təqdim edəcək və biz də araşdırıb, məsələyə baxacağıq”.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər