Harda su yoxdur? – “Azərsu” açıqladı













“Dünən axşam və gecə saatlarında, ötən günlər su almayan ərazilərin böyük bir hissəsini içməli su ilə təmin edə bildik, ancaq problemli ərazilərimiz hələ də var”.

Bu sözləri “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında deyib. O bildirib ki, anbarlardakı su ehtiyatları kifayət qədər olmadığından bəzi ərazilər su ilə təmin olunmayıb:

“Hövsanın qəsəbə ərazisinə su verilib, ancaq kənd Hövsan ərazisini su ilə təmin edə bilmədik. Suraxanının Quma adası, Zığ qəsəbəsində də problemlər var. Həmin ərazini bu gün su ilə təmin etməyə çalışacağıq. Zabratın, Sabunçunun, Əmircanın, Bülbülənin də bir hissəsi su ala bilmədi.

Xətai rayonunun Köhnə Günəşli qəsəbəsinin bir hissəsində – Mehmandarov, Tusi, İnqilab İsmayılov küçələri, Gəncə prospektində çətinliklər yaşanır və bu gün onları da həll edəcəyik.

Bundan başqa, Yeni Günəşli qəsəbəsinə su verilsə də, bəzi binalarıın yuxarı mərtəbələrində su olmayıb. Xəzər rayonun Mərdəkan, Şüvəlan qəsəbələrinin bəzi hisəslərində, Səbail rayonunun Badamdar qəsəbəsində təzyiqin aşağı olması səbəbindən insanlar su almayıblar.

A.Cəbrayıllının sözlərinə görə, qurum bu saatlarda Badamdarda, 20-ci sahədə su problemini həll etməyə çalışır:

“Tbilisi və Atatürk prospektində isə suyun təzyiqi zəif olub, buna görə əziyyət çəkən insanlar var.

Ümumilikdə götürdükdə isə Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Abşeron rayonlarının böyük hissəsinə, Səbailin şəhər hissəsinə tam su verilib. Pirallahı rayonu, Qaraçuxur qəsəbəsi, Bakıxanov ərazisi dünən tam su ilə təmin olunub.

“Azərsu” ASC -də bu gün səhər iclas olub. Rəhbərlik tərəfindən tapşırıqlar verilib ki, tənzimləmə işləri aparılsın. Yəni, elə yerlər var ki, 24 saat su alır, ancaq elə yerlər var ki, 2 sutkadır su verilmir. Həmin o ərazilərə gün ərzində fasilələrlə olsa belə, suyun verilməsini təmin etməyə çalışacağıq”.

Mətbuat xidmətinin rəhbəri son olaraq bildirib ki, bu gün axşam saatlarına kimi yuxarıda sadalanan əksər ərazilər su ilə təmin olunacaq. O, bağ massivləri və həyət evlərində yaşayanları sudan qənaətlə istifadə etməyə çağırıb: “Onların sudan israfçılıqla istifadə etmələri şəbəkədə normal təzyiqin formalaşmasına imkan vermir və istəsək belə ucqar ərzailərə suyu çatdıra bilmirik. Xahiş edirik vətəndaşlarımız bu çağrışlarımıza, xahişlərimizə müsbət yanaşsınlar, lazım olmadaıqda su xətlərinin açıq qoymasınlar”.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər