"Yuventus”un sabiq qolkiperi Canluici Buffon Fransanın "Pari Sen Jermen” klubu ilə müqavilə bağlayıb.Oxu.Az xəbər verir ki, 40 yaşlı italiyalı ilə PSJ arasında saziş "1+1” il şərti ilə imzalanıb.Fransa klubunun prezidenti Nasir əl-Xəlaifi bildirib ki, Buffonun komandaya gəlişindən qürur duyur.