idman
11.06.2018, 08:36
Buffonun PSJ-yə keçidi rəsmiləşmək üzrədir

Yuventus" və İtaliya millisinin sabiq qapıçısı Canluici Buffonun Parisin PSJ klubuna keçidi tamamlanmaq üzrədir.
dogruxeber.tv-ın məlumatına görə, bu barədə İtaliyanın “Calciomercato” nəşri xəbər verib.
Məlumata əsasən, PSJ rəhbərliyi 40 yaşlı futbolçu ilə iki illik müqaviləyə dair razılığa gəlib. Yalnız bir neçə detalın razılaşdırılması qalıb.
Ehtimala görə, Paris klubu iyunun 12-13-də futbolçunun transferini elan edəcək. Buffonun növbəti iki ildə illik maaşı isə 7 milyon avro təşkil edəcək.


