Alternativ enerji üçün ayrılan pullar hara gedib?- Qohumlara xərclənən milyonlar













Mirgəçevirdə yerləşən “Azərbaycan İES”-də baş verən qəzadan sonra ölkə ərazisində 2 gün elektrik enerjisinin verilişində problem yarandı. Ölkənin böyük bir hissəsinin işıqla təminatının Mingəçevirə möhtac qalması, yeni suallar ortaya çıxarır. Nə üçün hələ də Azərbaycanda alternativ və bərpa edilən enerjidən istifadə mümkün deyil? Bu sahəni nizama salmaq üçün yaradılmış Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin başı nəyə qarışıb ki, ilin 265 günü günəşli olan ölkəmizdə günəş enerjisindən və digər alternativ enerjilərdən istifadə edə bilirik?

Alternativ və bərpa oluna bilən enerji dedikdə, günəş, külək, dalğa, geotermal enerji, su və digər bərpa olunan mənbələrdən alınan enerji nəzərdə tutulur. Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənməsi mümkün deyil.
Yəni, nə qədər istifadə etsək də, bitib-tükənməyən, hər zaman əlçatımlı olan təbiət enerjisindən istifadə həm ətraf-mühitin qorunmasına, həm də dövlət büdcəsinə xeyir verir.
Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə, 2,4 milyard kVt/saat elektrik enerjisideməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.
Bunu nəzərə alaraq 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Plana əsasən isə, 2020-ci ilə qədər ölkənin elektrik enerjisinə olan tələbatının 20 faizi məhz alternativ və bərpa olunan mənbələr hesabına təmin edilməliydi. Ancaq Agentlik yaranandan bəri tutarlı bir işlə məşğul olduğu görünməyib. Məlum elektrik kəsilməsindən sonra da alternativlərin köməyə çatmaması bunu sübut edir. Qurumun faəliyyətsizliyini isə Hesablama Palatasının auditi üzə çıxarıb.

Agentliyin büdəcsi 2016-cı ildə dövlət büdcəsindən ayrılmış və Agentliyin aparatının və onun saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat məbləğində vəsaiti əhatə edib.
Bu qədər vəsaitin qarşılığında isə agentliyin gücünün yalnız 46 faizi istifadə edilib. Hesablama palatasının auditi zamanı bəlli olub ki, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlər vaxtında və tam icra edilməyib, “Azalternativenerji” MMC-nin idarəetmə orqanlarından olan Müşahidə Şurası və Elmi metodiki Mərkəz bu günə kimi yaradılmayıb, Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilib, Proqramda qoyulan məqsədlərin bəzilərinə, ümumiyyətlə, nail olunmayıb, “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası” layihəsinin müvafiq direktiv orqanlarında təsdiq edilməsi təmin edilməyib. Əlavə olaraq, layihə güclərinin işə salınmasına çəkilən xərclərin təhlili layihə gücü eyni olan bir neçə obyektin smeta dəyərlərinin müxtəlif olduğunu göstərir.

Hesablama Palatası onu da müəyyən edib ki, əksər hallarda enerji satışı üzrə hesablaşmaların uçotu vaxtında aparılmayıb, quraşdırılmış alternativ enerji mənbələri obyektlərinin istismara verilməsi ilə bağlı işlərin həyata keçirilməsi, sadəcə, təmin edilməyib, bəzi aktivlər əsas vəsait kimi heç uçota da alınmayıb, yaxud, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər isə görülməyib.
Əlavə olaraq, agentlik rəhbəri Akim Bədəlovun öz ailə biznesinə qurumun əli ilə maliyyə köçürdüyü bəllidir. 2014-cü ildə Layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə, agentlikdən “Xəzər Konsaltinq Agentliyinə” QSC-yə 1.250.000 vəsait ötürülüb.
Bu QSC Akim Bədəlovun ailəsinin nəzarətində olduğu iddia edilir və “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinə də sədrin yaxın qohumu Asif İsmayılov rəhbərlik edir. Xəzər Konsaltinq Agentliyinin səhmdarı isə onun həyat yoldaşı və oğludur, bəs belə olan halda həmin şirkət Akim Bədəlovun sədri olduğuAlternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində necə podratçı ola bilər?
Qanunla bu cür haqsız rəqabət mühitində keçirilmiş tender əsasında podratçılıq qadağandır. Elektrik enerjisinin verilməsi dayandıqdan sonra Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi ilə əlaqə saxlamağa çalışdıq.

Əslində bizim məqsədimiz alternativ və bərpa oluna bilən enerji mənbələri barədə məlumat almaq idi. Qurum yazdığımız elektron sorğuya operativ cavab verəcəyini vəd etsə də, artıq 15 gündür bizə cavab vermək istəyən tapılmır.
Deyəsən, agentliyin özündə bu barədə məlumatlı kimlərsə yoxdur. Agentliyin bu “operativliyindən” sonra, iddialara cavab almaq üçün yenidən sorğu göndərməyin əbəs olacağını düşündük(minval.info).

Son xəbərlər

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Bütün xəbərlər