Təhsil naziri Ceyhun Bayramov jurnalistləri təbrik edib – FOTOLAR













İyulun 20-də təhsil sahəsində baş verən dəyişikliklərin cəmiyyətə çatdırılmasında fəal jurnalist mövqeyi ilə seçilən mətbuat nümayəndələrinin və bu sahədə peşəkarlıq nümayiş etdirən təhsil sahəsi əməkdaşlarının 22 İyul – Milli Mətbuat Günü ilə əlaqədar təltif olunması mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və media nümayəndələri iştirak edib.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Ceyhun Bayramov 143 il öncə Azərbaycan mətbuatının əsasının qoyulmasını milli düşüncə tarixinin şanlı səhifəsi və müstəqilliyə doğru yolun başlanğıcı kimi dəyərləndirib. Həsən bəy Zərdabinin doğma ana dilində nəşr etdirdiyi “Əkinçi”nin əsl milli demokratik və xalq mətbuatı nümunəsi olduğunu qeyd edən nazir Azərbaycan Xalq Cümhuriyyətini yaradan şəxslərin imzasının da ilk mətbuat nümunələrində yer almasını diqqətə çatdırıb.

Azərbaycan mətbuatının yeni inkişaf mərhələsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan təhsil naziri qeyd edib ki, ulu öndər hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mediada qaldırılan məsələlərə həssaslıqla yanaşıb. Nazir bildirib ki, söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyev mətbuatın dostu olaraq ictimai rəyin vacib aləti olan medianın çoxşaxəli fəaliyyəti üçün bütün imkanların yaradılmasını təmin edib.

Ceyhun Bayramov mətbuatın təhsil mövzusuna xüsusi diqqət və həssaslıqla yanaşmasını yüksək qiymətləndirib, media nümayəndələrini təhsilin uğurlarını, problemlərini, bu sahədə həyata keçirilən islahatları cəmiyyətə çatdırmaqda daha da aktiv olmağa çağırıb.

Media nümayəndələrini təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində mühüm vasitə olduğunu bildirib, Azərbaycanda medianın inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsindən danışıb.

Sonra təhsil sahəsində həyata keçirilən islahatların, əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılmasında fəallığı ilə seçilən media nümayəndələri və bu sahədə çalışan təhsil işçiləri təltif olunub.

Tədbirdə Azərbaycan Milli Konservatoriyası tələbələrinin ifasında musiqi nömrələri Səslənib. Təltif edilən jurnalistlər arasında “Yeni Müsavat”ın əməkdaşı da olub.





Təhsil naziri Ceyhun Bayramov jurnalistləri təbrik edib – FOTOLAR



Təhsil naziri Ceyhun Bayramov jurnalistləri təbrik edib – FOTOLAR


Təhsil naziri Ceyhun Bayramov jurnalistləri təbrik edib – FOTOLAR

Təhsil naziri Ceyhun Bayramov jurnalistləri təbrik edib – FOTOLAR


Təhsil naziri Ceyhun Bayramov jurnalistləri təbrik edib – FOTOLAR

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər