Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edir? – ŞƏRH













İlin sonuncu qəbul imtahanlarına bir neçə gün qalıb. Abituriyentlər ikinci dəfə imtahan verməklə, sonun cu şanslarından yararlanırlar. Lakin bəziləri istər birinci, istərsə də ikinci imtahan zamanı zəif nəticə bvcjgöstərməklə, psixoloji yenilgidən özlərini xilas edə bilmirlər. Bunun bir çox səbəbləri var. Bəlkə də ən birincisi, valideyn basqısıdır.
Lakin valideynlər xüsusən bu ərəfələrdə diqqətli olmalı, övladlarının belə həssas məqamlarında onlara diqqət ayırmalıdırlar.
Ümumiyyətlə, imtahanlardan sonra abituriyentlərin nəticəsi zəif olduğu halda ailələrin diqqət etməsi lazım olan məsələlər hansılardır?
Bununla bağlı AzEdu.az psixoloqların fikrini öyrənib:
Psixoloq Gülnarə Səttarovanın sözlərinə görə , valideynlər də övladları ilə birlikdə sanki imtahana girir, onlarla birlikdə həyəcan keçirir, bəzən, sevinib, bəzənsə, birlikdə kədərlənirlər. Bu, isə çox böyük xətadır:
“Valideynlər bununla uşaqlarını motivasiya etdiklərini düşünüb hər dəfə bu haqda danışırlar. Qatılacaqları imtahanların onların həyatında nə qədər önəmli olduğunu , gələcəkdə uğurlu fərd ola bilmələri üçün mütləq bu imtahanı qazanmalarının vacibliyini dönə-dönə xatırlayırlar.
Əvəzində, imtahan nəticəsinin uğursuz olduğu halda valideynlərin bu kimi psixoloji təsirləri abituriyentdə müəyyən şüuraltı zədələrin yaranmasında mühüm rol oynayır”.
Onun sözlərinə görə , imtahanlardan sonra valideynlər uşaqlarını nəticədən asılı olmayaraq, mükafatlandırmalıdırlar. İmtahan ballarını hesablamaq, “görəsən, hansı universitetə, fakültəyə daxil olacaq” təxminlərini etmək yerinə, birlikdə dincəlmək və zaman keçirməyə qərar verməlidilər:
“Gələcəklə bağlı neqativ düşünmək gənclərin ovqatına daha pis təsir edər.
Gələcəkdə bağlı hər zaman bir seçim və ümid var. İmtahan nəticələri bilinmədən ehtimallar və seçimlər üzərində danışmaq çox yararlı olmaya bilər. Bu, əksinə uşaqlara olan sağlam münasibətlərinizə zərər verə bilər. Başqalarının yanında inam qazandırmaq lazımdır, tənqid etmək yox! İmtahan nəticəsinə hazırlıqlı olmaq lazımdır!
Nəticə nə olursa, olsun valideynlər uşaqla bağlı üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər. Seçimləri düzgün dəyərləndirməli , sakit və ağıllı davranmalıdırlar. Həyat və imtahan bir-birindən çox fərqli ola bilər. Çünki imtahanda uğursuzluqla qarşılaşmaq, həyatda da hər zaman uğursuzluqlarla qarşılaşmaq demək deyil. Abituryent imtahanda gözlədiyi nəticəni əldə etməmişsə, çalışmaq istəyi varsa və bacarığına inanırsa təkrar hazırlamasına, dəstək olun. Uşağınız təkrar girmək istəmirsə, həyata atılmağına kömək edin. Unutmayın! Həyatda bacarıqlı və xoşbəxt olmanın tək yolu imtahan qazanmaq deyil, iş həyatına başladıqdan sonra təhsili tamamlamaq mümkündür. Universitet oxumadığı halda belə həyatında çox xoşbəxt və işində bacarıqlı olan insanlar vardır”.
Psixoloq Arzu Məmmədovanın sözlərinə görə, əgər övladınız öz potensialına uyğun, yaxud, ondan aşağı bal toplayıbsa, bu zaman dünyanın sonu olmadığını bilməliyik çünki hər il qəbul imtahanları olur:
“Dövlətimiz abituryentlərə ümumiyyətlə, tələbə adını qazanmaq istəyən vətəndaşlara çox gözəl şərait yaradıb ki, onlar dəfələrlə öz şanslarını, biliklərini yoxlasınlar. Bu şansı valideynlər dəyərləndirməyi bacarmalıdırlar.
Övladınıza birinci növbədə dəstək olmalısınız, onunla dost kimi davranmalısınız. Əgər o, sizi yanında bir dost kimi bilsə, daim problemlərini sizinlə bölüşəcək. Əgər siz söyləsəniz ki, “qonşunun uşağı qəbul oldu, sən qəbul ola bilmədin” bunun kimi və s. sözlər işlənilsə, o zaman təbii ki,uşaqda ağır psixoloji problemlərə, depresiyyalara, intihara , qidalanma nevrozlarına, nevrotik hallara rast gələcəkdir. Ona görə də bu halların qarşısını almaq üçün mütləq ailə dəstəyi lazımdır”.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər