Günay İbrahimli jurnalistdən 100 min tələb edir – Sabah məhkəmədir










Müğənni Günay İbrahimli criminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində məhkəməyə müraciət edib.

Bu barədə BakuPost-a A. Məmmədov məlumat verib. O bildirib ki, G. İbrahimli ona və keçmiş sponsoru Nuriyyə Əhmədovaya qarşı müştərək qaydada şərəf və layəqətin alçaldılması iddiası ilə 100 min manatlıq təzminat davası açıb. İş Yasamal rayon Məhkəməsində hakim Aytən Mirzəyevanın icraatındadır. Məhkəmə prosesi sabah 11:30-da keçiriləcək.

Məlumat üçün bildirək ki, N. Əhmədova Günay İbrahimlini dələduzluqda ittiham edib və bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Müğənni isə şikayət əsasında “Bandotdel”ə aparılıb.

Faktla bağlı yerli mətbuatda da yazılar dərc edilib. Həmin yazılardan bəzilərini criminal.az saytı tirajlayıb.

A.Məmmədov ehtimal edir ki, onun məhkəməyə verilməsinə səbəb saytda Günay İbrahimlinin sevgilisi barədə yazı dərc etməsi olub: “İddia ərizəsində göstərilir ki, onun “Bandotdel”ə aparılması barədə xəbər yaymaqla şərəf və ləyaqətini alçaltmışam, ictimai nüfuzuna xələl gətirmişəm. Amma burada məni məhkəməyə vermək üçün heç bir əsas yoxdur. Çünki həmin xəbərlər başqa saytlarda da yayımlanıb. Mən bu xəbər yayımlanandan sonra ondan şikayət edən Nuriyyə Əhmədovadan açıqlama almışam və o faktı təsdiqləyib. Mənə elə gəlir ki, onun məhkəməyə müraciəti həmin məqamla bağlı deyil. Həmin ərəfədə Günayın sevgilisi Rəşad barəsində də yazmışdım. Mənə elə gəlir ki, Nuriyyə Əhmədova məsələsini bəhanə edib, Rəşada görə məni cəzalandırmaq istəyirlər. Çünki məhkəməyə həmin yazıları da təqdim ediblər”.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər