Azərbaycan şirkəti Qırğızıstanda fəhlələrin pulunu vermir – Kimin şirkətidir?













Qırğızıstanın Batkensk vilayətində yol inşaatında çalışan fəhlələr Azərbaycan şirkətindən bir neçə aydır ki, maaşlarını ala bilmir və tətilə başlayıblar.“Azadlıq” radiosunun qırğız xidməti xəbər verir ki, Azərbaycanın “ALKE İnşaat Sənaye və Ticarət” ASC şirkəti Oş-Batken-İsfana avtomobil yolunun tikintisi üçün podratçıdır.

İyulun 21-də Qırğızıstanın nəqliyyat və yollar naziri Jamşitbek Kalilov Batken vilayətinin Uç Korqon kəndində tətil edən fəhlələrlə və layihəni maliyyələşdirən İslam İnkişaf Bankının nümayəndələri, o cümlədən podratçı şirkətin rəhbələri ilə görüşüb. Şirkətə tapşırılıb ki, tezliklə fəhlələrin əmək haqlarının ödənilməsini təmin etsin. Şirkət isə nazirə vəd verib ki, iyulun 25-də Bakıdan onlara pul göndəriləcək və maaşları iyulun 30-dan başlayaraq ödəyəcəklər.



Lakin fəhlələr bu vədə inanmayaraq iyulun 25-dən tətilə başlayıblar. Tətil edənlərin sayı 40 nəfərə yaxındır. “Maaşlarımızı artıq dörd aydır vermirlər. Aldada aldada bu vaxta qədər uzadıblar. İş ləngiyir. Keçən dəfə nazir dedi ayın 25-də ödəyəcəklər, amma ödəmədilər”-tətil edənlərdən biri Alıbek Pazılov deyib.

Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyinin məlumatına görə 108 kilometrlik Oş-Batken-İsfana avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi üçün İslam İnkişaf Bankı ilə 21 milyon dollarlıq kredit müqaviləsi bağlanıb. Ötən il mayın 11-də nazirliklə “ALKE İnşaat Sənaye və Ticarət” ASC arasında 18 milyon dollarlıq tikinti işlərinin yerinə yetirilməsinə dair müqavilə bağlanıb.

08464ca3-14bb-4ec7-975a-f91f857f3c54 Məlum deyil ki, Qırğızıstanda yolun tikintisini İslam İnkişaf Bankı maliyyələşdirirsə “ALKE İnşaat Sənaye və Ticarət” ASC fəhlələrin maaşlarını ödəmək üçün pulları niyə Bakıdan aparır?

“ALKE İnşaat Sənaye və Ticarət” ASC 2011-ci ildə fəaliyyətə başlayıb. Baş ofisi Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/26 ünvanında yerləşir. Bu ilin sentyabrında “ALKE İnşaat və Ticarət” ASC “Azərsu” ASC-nın Heydər Əliyev prospektində inşası yarımçıq qalmış inzibati binasının tikintisinin tamamlanması üçün müqavilə bağlayıb. Müqavilənin dəyəri 44.1 milyon dollardır.

Bu şirkət habelə Azərbaycanda bəzi yol-nəqliyyat infrastrukturu layihələrində podratçı olub və mətbuatda şirkətdən maaşlarını ala bilməyən fəhlələr barədə şikayətlərə rast gəlmək olur.

Qeyd edəık ki, “Alke İnşaat Sənaye və Ticarət Şirkəti”-nin rəhbərliyinin Azərbaycanda da insanların əmək haqqını vermədiyinə dair mətbuartda şikayətlər dərc olunub. Məsələn, Ucar rayon Beton Zavod yaşayış evi sakini Mahmudova Sarıgül Hüseynalı qızı bildirib ki, “Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti” bizim ailəni əmək müqaviləsi bağlamadan işlədib 6 aylıq əmək haqqımızı verməyib: “Bizim ailənin 4 üzvü bu yaramaz şirkətdə əmək müqaviləsi bağlanılmadan 2 il işlədilib amma əmək kitabçamıza iş stajı yazılmayıb…”Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti” -nin Məhəmməd adlı məsul vəzifəli əməkdaşı yaşadığım Ucar rayonuna evimizə gəlib bizim ailəyə olan 3600 manat əmək haqqı borcundan 1000 manat pul verib.”

2011-ci ildə yaradılan “ALKE İnşaat Sənaye və Ticarət” ASC -nin arxasında hansı məmurun dayandığı açıqlanmasa da, böyük himayədarının olduğu şübhə doğurmur.

Azərbaycan şirkəti Qırğızıstanda fəhlələrin pulunu vermir – Kimin şirkətidir?

Son xəbərlər

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bütün xəbərlər