Rayonların işğal günlərində tv-lər çal-çağırı dayandırmalıdırmı… – ŞƏRHLƏR















İyulun 23-ü Ağdamın işğal günü idi. Bəzi televiziya kanalları belə bir ağır gündə efirdə çal-çağır, şou verilişlərini davam etdirdilər. Bu ilk deyil, hər il erməni əsgərləri tərəfindən işğal olunmuş rayonlarımızın ildönümündə vəziyyət belə olur. Hər dəfə televiziyaların bu davranışı sosial şəbəkələrdə qınanılıb tənqid edilsə də, dəyişən heç nə yoxdur.

Ermənilərin torpaqlarımızı işğalı nəticəsində Azərbaycan tərəfindən 20 min insan həyatını itirib, 50 min nəfər şikəst olub, 486 nəfər isə itkin düşüb.

18 may 1992-ci ildə Laçının ermənilər tərəfindən işğal olunması nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər isə əlil olub.

Kəlbəcərin işğalı nəticəsində 53 min 340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.

Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.

Cəbrayıl rayonundan 351 nəfər şəhid olub.

Qubadlı uğrunda gedən döyüşlərdə 230 nəfər şəhid olub ki, onlardan da 12 nəfəri Milli Qəhrəman adına layiq görülüb.

Zəngilan rayonu 188 şəhid verib. 35 min nəfərə yaxın rayon sakini hazırda məcburi köçkün kimi Azərbaycanın ən müxtəlif bölgələrində məskunlaşıb.

Qarabağ döyüşlərində ən çox itkini isə Ağdam verib. Rayon uğrunda gedən hərbi əməliyyatlarda 7 mindən yuxarı insan şəhid olub.

Olmaz ki, minlərlə insanın uğuruna can verdiyi bu torpaqlar işğal olunan gün televiziyalar insanların həssaslığını nəzərə alıb, əyləncəli verilişləri bir günlük də olsa, dayandırsınlar?


Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı uzun illər bu istiqamətdə mübarizə aparıb: “Vaxtilə çox biabırçı vəziyyət idi. İşğal günlərində konsertlər verilirdi, şənliklər, toylar keçirilirdi. 2001-ci ildə biz QAT olaraq bu vəziyyəti aradan qaldırmaq üçün tədbirlər həyata keçirdik. Bir işğal plakatı hazırladıq, orada işğal tarixlərini göstərdik, həmin plakatları genış yaydıq, bu gün də hər yerdə var. Xüsusilə televiziyalara verdik, TV-lər, xüsusilə ANS bizə genış dəstək verdi. Bir çox konsert zallarını, sarayları gəzdik, reydlər apardıq, çoxlu sayda konsertlərin, o cümlədən xarici artistlərin konsertlərinin təxirə salınmasına nail olduq. İndi bu problem yenidən ortaya çıxıb. Görünür, erməni mərkəzlərinin sifarişini yerinə yetirirlər. Biz yaxın vaxtda bu məsələ ilə yenidən məşğul olub, ciddi mexanizm hazırlamaq istəyirik ki, bir dənə də televiziya bundan sonra bu cür qələtlərə yol verməsin”.

Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi Qulu Məhərrəmli hesab edir ki, televiziyalar cəmiyyətin dərdləri ilə yaşamalıdır: “Televiziya cəmiyyət həyatı ilə, yaşadığımız günlə bağlı olan hadisədir. Ona görə də TV-lər bu cəmiyyətin qayğı və dərdləri ilə yaşamalıdır. Əgər bir TV cəmiyyətin havasından uzaq düşürsə, onun ritm və düşüncələrini ifadə edə bilmirsə, auditoriya həmin telekanaldan üz döndərir. Bu mənada mən hesab edirəm ki, işğal günləri ilə bağlı telekanalların ayrıca, düşünülmüş, fərqli proqramı olmalıdır. Niyə? Çünki işğal deyilən təzahür insanlarda həmişə bəd ovqat yaradır. Ona görə də TV-lərin ənənəvi bayağı verilişləri bu anda daha ciddi qıcıq yaradır. Bax belə reaksiya ilə üzləşməmək üçün ağıllı TV rəhbəri işğal günü üçün xüsusi proqram tərtib edir. Təbii ki, bu proqramda əyləncəyə və şit verilişlərə yer verilmir. Söhbət tam hüznlü ovqatdan da getmir, sadəcə, tamaşaçı marağının nəzərə alınmasından gedir”. (Musavat.com)

Rayonların işğal günlərində tv-lər çal-çağırı dayandırmalıdırmı… – ŞƏRHLƏR

Rayonların işğal günlərində tv-lər çal-çağırı dayandırmalıdırmı… – ŞƏRHLƏR

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər