Zaranın Bakı gəlməsinə iqtidar israr etməsinin səbəbi













Sərdar Cəlaloğlu: “Guya o gələn kimi Qarabağı ermənilərə verəcəyik?!”
Novella Cəfəroğlu: “Bakıya ermənilər gəlib, Şəhidlər Xiyabanına gedib baş da əyiblər”

Ermənistan doğumlu rusiyalı müğənni Zara Mqoyanın iyulun 29-da Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağının müzakirələri hələ də davam edir. Sosial şəbəkələrdə bir qrup azərbaycanlılar erməni müğənninin Azərbaycana gəlişini dövlətə xəyanət kimi qəbul edir, israrla Zaranın Bakıya gəlməməsini tələb edirlər. Müxalifət də Zara Mqoyanın gəlişini kəskin tənqid edir. Rəsmi Bakı isə bütün tənqidləri göz ardı edərək erməni müğənninin festivala qatılmağını dəstəkləyir.

Maraqlıdır, rəsmi Bakı erməni müğənninin paytaxta gəlməsində niyə israr edir?
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, erməni aktrisanın Bakıya gəlməsi Azərbaycanın reytinqini artırır: “Bu gün Azərbaycanda 20 min erməni yaşayırsa və bunların əksəriyyətinin əri, ya oğlu dövlət vəzifəsində işləyirsə, hansısa bir erməninin Azərbaycana gəlməsi nəyə görə belə qıcıq yaradır ki? Bəzən bu cür demaqoq fikirlərin Dağlıq Qarabağ problemlərinin həll edilmə yoluna ictimaiyyətin diqqətini yayındırırıq. Dağlıq Qarabağı azad etmək nə ermənilərin Azərbaycana gəlməsini qadağan etməklə, nə də bizim özümüzün hansısa incəsənət xadimlərinin Ermənistana getməməklə mümkündür. Dağlıq Qarabağın azad edilməsinin bir yolu var, o da müharibəyə başlayıb, torpaqları azad etməkdir. Hansısa erməni aktrisanın Bakıya gəlməsi Azərbaycanın reytinqini artırır. Bütün dünya bilsin ki, Azərbaycan tolerant ölkədir, həm də düşmən ölkənin nümayəndəsi gəlib Bakıda konsertdə iştirak edə bilər”.

Partiya sədri bildirir ki, Zaranın Bakıya gəlişinə etiraz etmək yanlış yanaşmadır: “Xüsusən də ermənilərin Azərbaycana gəlişi ilə bağlı aparılan əks-təbliğat siyasi baxımdan bizim öz əleyhimizə işləyir. Biz erməni xalqı ilə düşmən deyilik ki?! Biz erməni hakimiyyətinin Rusiyanın vasitəsi ilə Azərbaycanın torpaqlarının işğal etməsi siyasətinin əleyhinəyik. Bu siyasət də hərb meydanında həll olur. Nə mahnı festivallarında, nə idman yarışlarında Dağlıq Qarabağın taleyi həll olmur. Bakıya erməni idmançı gəldi, hay-küy qaldırmaqla həll olmaz ki… Biz sadəcə bilməliyik ki, problemin həlli nədir və hansı müstəvidə həll etmək lazımdır. Bəzi adamlar siyasi cəhətdən hadisənin mahiyyətini bilmədən vətənpərvərlik mövqeyindən yanaşırlar və atdıqları addımlar da siyasi cəhətdən Azərbaycanın əleyhinə olur. Biz bütün dünyaya tanıtmalıyıq ki, Azərbaycanda erməni düşmənçiliyi yoxdur. Bu düşmənçiliyi ermənilər Azərbaycan xalqına qarşısı aparırdır, Azərbaycan Qarabağ ermənilərini də öz vətəndaşları kimi bərabər hüquqda görə bilər. Bunun da nümunəsi müharibə vəziyyətində olduğumuza baxmayaraq, Ermənistanın idmançılarının, sənətçilərinin Azərbaycana gəlib-getməsinə yaradılan şəraitdi. Guya Zaranın Bakıya gəlişi o deməkdir ki, Qarabağı veririk Ermənistana? Zaranın gəlişinə bizim tolerant yanaşmağımız onu göstərir ki, biz ermənilərə düşmən deyilik və Azərbaycan vətəndaşı olan ermənilər də azərbaycanlılarla eyni hüquqla Azərbaycanda yaşaya bilər”.

“Ermənistan Azərbaycan Sülh Platforması”nın üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, o boyda Qarabağ məsələsi, millətin dərdi ola-ola Zaraya fikir vermək düzgün deyil: “Zara kimdir? Yezidi-kürd. Zaranın dərdi Azərbaycana qalıb? Gəlir, cəhənnəmə gəlir, gəlmir, cəhənnəmə gəlməsin. Bizim dərdimiz azdır ki, Zaranın gəlib-gəlmədiyinə fikir veririk? Çox təəssüflənirəm ki, sizlər Zaranın dərdinə qalmışınız. Jurnalistlərin də bu qədər Zaranın gəlməyinə yer ayırması düzgün deyil. İndiyə qədər Azərbaycana neçə erməni gəlib, Şəhidlər Xiyabanına gedib baş da əyiblər. Onda niyə belə ajiotaj yox idi? İndi bir artistin gəlməyinə bu boyda ajiotaj var. Özünüz deyirsiniz ki, bu məsələni sülh yolu ilə həll edək. Zara oxuyandır, oxumağa gəlib. Buna fikir verərlər?!”.


Zaranın Bakı gəlməsinə iqtidar israr etməsinin səbəbi


Zaranın Bakı gəlməsinə iqtidar israr etməsinin səbəbi


Zaranın Bakı gəlməsinə iqtidar israr etməsinin səbəbi

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər