“Zara Azərbaycana əlində silah gəlmir” – Əflatun Amaşov













“Rusiyanın erməni əsilli olduğu bildirilən tanınmış müğənnisi Zaranın “Jara” festivalında iştirak üçün Bakıya gələcəyinə dair xəbərlərin sosial şəbəkələrdə müzakirəsi ilə tanış oldum. “Xəzər” TV-də yayımlanmış məlum sujeti də izlədim və azacıq araşdırma apardım. Zara Rusiya telekanallarından birində təxminən 2-3 il əvvəl yayımlanmış müsahibəsində kürd kökənli olduğunu bildirir. Yəni Mqoyan soyadına baxmayaraq xanım kürddür və hamının da bildiyi kimi, Zara Ermənistandan Rusiyaya köç edərək orada məskunlaşmış ailədə anadan olub. Bütün həyatı da Rusiya ilə bağlıdır”.
Bunu APA-ya açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Jara” festivalında iştirak edəcək müğənni Zara Mqoyanın Bakıya gəlməsi ilə bağlı etirazlara münasibət bildirərkən deyib.
Ə. Amaşov qeyd edib ki, müğənniyə qarşı olan hiddəti anlayır: “Erməni soyadını kənara qoyub, yalnız Ermənistanı vəsf edən mahnının bunun üçün əsas verə biləcəyi qənaətindəyəm. Hər bir halda təmkinli davranmağın tərəfdarıyam. Nəzərə alaq ki, əksəriyyətin erməni kimi təqdim etdiyi Zara Azərbaycana əlində silah gəlmir. Bakıda ata-babalarının məskəni olan Ermənistanı vəsf edəcək cəsarətdə də ola bilməz. Bakı heç bunun yeri də deyil”.

Ə. Amaşov xatırladıb ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara üzvdür: “Bu təşkilatlarda Ermənistan da təmsil olunur və dəfələrlə olub ki, həmin təşkilatların xətti ilə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərə erməni nümayəndələr qatılıblar. Hətta erməni jurnalistlərin də Bakıya gəldikləri vaxtlar olub. Nə etməli idik? İmkan verməməliydik?”

Millət vəkili Avropa Oyunları zamanı da ölkəmizə erməni idmançıların gəldiyini qeyd edib: “İdmanın idman, musiqinin musiqi, müharibənin də müharibə yeri var. Biz torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı faktına etiraz ediriksə, bunu səngərdə göstərməliyik. 2016-cı ilin aprel döyüşlərində göstərdiyimiz kimi. Ancaq erməni olduğu deyilən, əslində isə kürd əsilli bir müğənninin Bakıya gəlməsini sanki süngü ilə qarşılamaq zənnimcə doğru yanaşma deyil. Ən xoşagəlməz məqam isə özümüzün olan “Xəzər TV”yə yayımladığı sujetə görə hiddət yağdırmaqla əslində öz içimizdə parçalanma yaratmağımızdır. Bizə kənardan baxırlar. Yenə də bu fikirdəyəm ki, təmkinli olmalı, hər bir etirazı normal qaydada, əsaslandırılmış şəkildə bildirməliyik”.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər