Gədəbəy İcra Hakimiyyətində qanunsuzluq aşkarlandı













Azərbaycan Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən 2016-2017-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.

Qaynarinfo Palataya istinadən xəbər verir ki, audit nəticəsində bəzi hallarda layihə-smeta sənədləri hazırlanmadan, satın alınacaq malların ehtimal olunan qiyməti müəyyən edilmədən satınalma müqavilələrin bağlanılması, vəsaitlərin satınalma keçirilmədən və məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə ayrı-ayrı müqavilələrə bölünməklə icra olunması halları müəyyən edilib. Bəzi müqavilələrin icrası zamanı tərtib olunmuş müvafiq sənədlərdə müəyyən edilməyən bir sıra işlər üzrə vəsait nəzərdə tutularaq istifadə olunub, işlər yerinə yetirilmədiyi halda podratçıya vəsait ödənilməsi hallarına yol verilib, çəkilən xərclər müvafiq qaydada uçota alınmayıb.

Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Nazirlər Kabinetinin və Tarif Şurasının müvafiq qərarlarının tələblərinin gözlənilməməsi səbəbindən mənzil fondu üzrə gəlir az hesablanmış və bir sıra hallarda isə artıq vəsait xərcinə yol verilib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyət ilə əlaqədar manevr və marşrut xətti müəyyənləşdirilməməsi və tullantıların daşınması məqsədi ilə xidmət müqavilələrinin bağlanılmaması nəticəsində vəsaitlərin səmərəli istifadəsi təmin olunmayıb.

Qeyd edək ki, audit 2016-2017-ci illərdə Gədəbəy şəhərinin küçələrində yolların təmiri və abadlıq-quruculuq işlərinin və çoxmənzilli binaların təmiri işlərinin, həmçinin İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən mənzil fondunun əsaslı təmiri və abadlıq işlərinin, şəhərin işıqlandırılması, yolların əsaslı təmiri, küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi və abadlıq işlərinin aparılması üçün istifadə olunan ümumilikdə 6445,1 min manat vəsaiti əhatə edib.

Hesablama Palatasının Kollegiyası Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən auditlə müəyyən edilmiş nöqsanları aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya Qərarının surəti Gədəbəy Rayon İcra Hakimiyyətinə göndərilib.

Auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər