Maşının rəngi də qəzalara təsir edirmiş… – ekspert rəyi













Son zamanlarda avtomobil qəzalarının sayı durmadan artır. Statistik məlumata görə, təkcə ötən iyul ayında 133 avtomobil qəzası baş verib ki, bunun da nəticəsində 68 nəfər ölüb, 248 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Təbii ki, yol qəzalarının müxtəlif səbəbləri var. Ən əsası isə qəzaların əksəriyyəti yol qaydalarına riayət olunmaması ilə bağlıdır. Lakin ekspertlər qeyd edir ki, maşının rəngi də qəza məsələsində mühüm rol oynayır. Araşdırmalar da onu göstərir ki, qara rəngli maşınlar digər rəngli maşınlardan 47 faiz daha çox qəza şəraiti yaradır.

Məsələn, qara rəngli maşınlar gündüz 12, gecələr isə 47 faiz çox qəza şəraiti yarada bilir. Mütəxəssislər bunu onunla izah edir ki, qara rəng, eləcə də ona yaxın tünd rənnglər gecə vaxtı göz ağrıdır, bəzən nəzərə çarpmır və nəticədə qəza şəraiti yaradır. Bu arada onu da qeyd edək ki, hətta təyyarələrdə “qara qutu” qara rəngdə deyil, narıncı rəngdədir. Səbəb isə təhlükəsizliklə bağlıdır. Belə ki, əgər qəza yaranarsa, qara rəngdənsə narıncı rəng daha tez diqqəti cəlb edir və onu tapmaq asan olur.

Bunun üçün də maşın üçün ən güvənli rənglər ağ və sarı olduğu qənatəinə gəlinib. Çünki bu rəngdə olan maşınlar uzaqdan diqqəti cəlb edə bilir.

Qeyd edək ki, bir çox ölkələrdə qara rəngli maşınların satışı qadağan olunub. Məsələn, Türkmənistanda bir neçə il öncə belə bir qanun qəbul edilmişdi. Rəsmilər bu qadağanın əsl səbəbini izah etməsələr də, “ağ maşın adamı ağ günə çıxarar” kimi deyimdən istifadə edərək vətəndaşlara daha çox ağ rəngli maşın almağı tösiyyə ediblər. Qanun qəbul edildikdən sonra prezident Qurbanqulu Berdımuxammedov da ictimai və dövlət tədbirlərinə gedərkən ağ rəngli maşın karvanından istifadə edir. Bundan sonra digər məmurlar, o cümlədən nazirlər, idarə başçıları, media kapitanları da prezidentdən nümunə götürərək yalnız ağ rəngli maşından istifadə etməyə başlayıb.

Eləcə də Avropanın bir sıra ölkələrində, ABŞ-da qara rəngli maşınlar az istehsal olunur. Məsələn, ABŞ-da daha çox açıq rəngli maşınlar çox satılır. Qara rəngli avtomobillərin isə yalnız 25%-ə qədəri satıla bilir.

Azərbaycana gəldikdə isə deyə bilərik ki, hələ də qara rəngli maşınlar dəbdədir və məlum olub ki, bu rəngdə olan maşınların 95 faizə qədəri satılır, yəni alıcılıq qabilyyəti çox yüksəkdir. Daha sonra sırada ağ, gümüşü rəngli maşınlar gəlir. Ən az satılan isə yaşıl və qızılı rəngli maşınlardır.

Mövzu ilə bağlı nəqliyyat ekpserti Ərşad Hüseynov musavat.com-a danışıb: “Çox təəssüf ki, ölkəmizdə bu sahədə təqdiqatlar aparılmır. Ümumiyyətlə, yol hərəkəti məsələlərini elmi-təqdiqat səviyyəsində araşdıran qurumlar, təsisatçılar yoxdur. Lakin xarici ölkələrdə bu cür təqdiqatlar aparılır və onların gəldiyi nəticəyə uyğun nəsə fikri söyləmək olar. Məlum məsələdir ki, maşının rəngi nə qədər görünən olsa, bir o qədər güvənli sayılır. Yaxşı görünən rəngin də iki əsas amili var – maşının rəngi və onun işıqlarının rəngi… Tünd rəngli avtomobilləri bəzən hərəkətdə olan digər maşınların sürücüləri yaxşı görə bilmir və qəza şəraiti yarana bilir. İkinci bir tərəfdən bu problemin aradan qaldırılması üçün müəyyən avtomobil istehsalçıları tünd təngli avtomobillərin satışını azaltmır. Bu haqda nə qədər araşdırmalar ortaya çıxsa da tünd rəngli avtomobillər daha çox istehsal olunur. Bu problemin aradan qaldırılması üçün bir çox xarici ölkələrdə qərar qəbul edilib ki, gündüz saatlarında belə avtomobilin ön işıqları yanılı vəziyyətdə saxlanılmalıdır. Yəni, problemi kompensasiya edən tədbirlər görülür”.

Xalidə Gəray,
Musavat.com

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər