siyaset / ustxeber
6.08.2018, 16:38
Cəmil Quliyevə yeni vəzifə verildi

İctimai Televiziyanın sabiq direktoru Cəmil Quliyevə vəzifə verilib.
” dogruxeber.tv ” AzNews.az-a istinadən xəbər verir ki, Cəmil Quliyev avqustun 1-dən Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri təyin edilib.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumatı təsdiq edib.


