sosial
8.08.2018
Qəbələdə biçilmiş taxıl sahəsi yanıb

Qəbələ rayonunda yanğın olub.
dogruxeber.tv-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Kürd kəndində 6 ha biçilmiş taxıl sahəsi və 4 ha sahədə kol-kos yanıb.
Qeyd olunur ki, Türyançay Dövlət Təbiət Qoruğu yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


