dunya
11.08.2018
Rusiya Hələbi bombaladı - 20 ölü, 15 yaralı

Rusiya hərbi təyyarələri Hələbin qərbindəki Ürəm-Alkubra qəsəbəsini bombalayıb.
“dogruxeber.tv” xarici mediaya istinadən xəbər verir ki, hava hücumu nəticəsində 20 nəfər ölüb, 15-dən çox insan yaralanıb.
Hücumdan sonra bölgədəki binalar dağılıb. Dağıntılar arasında axtarış-xilasetmə tədbirləri davam etdirilir.


