“Hər gəlib-gedəni komandaya cəlb etməyimiz mümkün deyil”

















“Mərkəz müdafiəçisi almaq niyyətimiz var və bu istiqamətdə iş gedir. Lakin hər gəlib-gedəni komandaya cəlb etməyimiz mümkün deyil”.

dogruxeber.tv xəbər verir ki, bunu səfərdə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının ilk tur matçından sonra “Neftçi”nin prezidenti Kamran Quliyevin “Report”a müsahibəsi zamanı deyib.

Komandanızdan istədiyiniz oyunu görə bildiniz?

– Xeyr, görmədim. Oyun məni qane etmədi. Düzdür, nəticə daha vacib idi. Amma çempionatdakı 28 görüşün hamısından qalib ayrılsaq, belə oynamağa razıyam. Rəqibimiz demək olar ki, hücumçusuz oynayırdı. Ön xətdə gənc forvard yer almışdı.

Sizcə, belə çıxış nə ilə bağlıdır?

– Ola bilsin, ilk görüş olduğundan, “Neftçi” belə təsir bağışladı. Macarıstan “Uypeşt”ini keçə bilmədiyi üçün “Neftçi”yə bir qədər təzyiq var idi. Amma komandadan daha yaxşı, məzmunlu oyun gözləyirəm. Çünki buna müxtəlif mövqelərə aldığımız futbolçuların qabiliyyətləri imkan verir. Biz bunu Macarıstan komandasını Bakıda 3:1 hesabı ilə yendiyimiz oyunda görmüşük.

Roberto Bordinin start heyəti sizi təəccübləndirmədi?

– Bu, baş məşqçiyə aid məsələdir. Amma onu deyə bilərəm ki, həm “Sumqayıt”a qarşı əsas heyətdə çıxış edənlər, həm də ehtiyatda qalanlar komandanı gücləndirə biləcək səviyyədədirlər. Ona görə də ilk “11-lik”dəkilərlə sonradan meydana çıxanlar arasında elə də fərq yox idi.

Ruslan Abışovun uzun müddətə sıradan çıxması ilə əlaqədar mərkəz müdafiəçisi axtarışlarınız davam edir?

– Bəziləri ilə danışıqlar aparılır. Nə vaxt bütün şərtlər uyğun gəlsə, həmin oyunçunu transfer edəcəyik.

Bütün hallarda belə bir oyunçu alınacaq?

– Mən bunu deyə bilmərəm. Niyyətimiz var və bu istiqamətdə iş gedir. Lakin hər gəlib-gedəni komandaya cəlb etməyimiz mümkün deyil.

Son xəbərlər

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Bütün xəbərlər