“Nəticə mənim üçün vacib idi” - Qurban Qurbanov













Yoldaşlıq oyununda Qırğızıstan millisini 3:0 hesabıyla məğlub edən Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, Qurbanov əvvəlcə matçla bağlı fikirlərini bildirib:

“İlk qələbəmiz idi. Bu qələbə çox vacib idi. Bu gün komanda tam optimal formada deyil. Nəticəni bir kənara qoyuram, məşqlərdə çox etdiyimiz hücumları gördüm. Bir az keyfiyyət çatışmırdı. Lakin futbolçuların məşqdə etdiklərini oyunda təkrarlaması məni razı saldı. Nəticə mənim üçün vacib idi. Futbolçularımı təbrik edirəm”.

- İlk hissəylə ikinci hissədə fərqli oyun sizin tapşırığınız idi?

- Futbolda belə bir psixologiya var. Qol vuran komanda rahatlanır. Məğlub durumda olan komanda isə tam fərqli. Futbolçularım bu oyunda mənim rəhbərliyim altında ilk qələbəni əldə etmək istəyirdilər. İkinci hissədəki əvəzetmələr də uğurlu alındı. Bu oyunda demək olar, düşündüyümüz bütün epizodlarla qarşılaşdıq. İkinci hissədə bəzi tapşırıqlar verdim. Daha cəld oynamağa başladıq. İlk hissədə isə istədiyimiz hücumları qura bilmirdik.

- Bu gün komanda hücum futbolu oynadı. Qarşıdakı iki oyunda yığmamızın ifasında da bu cür futbol izləyə biləcəyik?

- Çalışıram, hər oyunçunun potensialına yaxşı bələd olum. Biz bu komandanı nəticə qazanması üçün hazırlayırıq. Bəzən rəqiblərin gücü istədiyimiz oyunu sərgiləməyə mane olur. Hərdən nə qədər hücum futbolu sərgiləmək istəsək də, rəqibin oyunu buna imkan vermir. Buna görə, hücumda nə qədər yaxşı futbol sərgiləsək də, müdafiədə də etibarlı oynamaq laızmdı.

- Komanda neçə faiz hazırdı?

- Deməzdim, tam hazırıq. Hələ çox çalışmalıyıq. İlk hissədə də hücumlarımız olsa da, dəyərləndirə bilmədik. Məni sevindirən o oldu ki, standart vəziyyətdən iki qol vurduq. Fikrimcə, Millətlər Liqasında da həm standart vəziyyətlərdən qol vurmaq, həm də bu cür vəziyyətlərdə qol buraxmamaq əsasdı.

- Prosineçkinin dövründə Dmitri Nazarov cinahda oynayırdı. Siz isə ona mərkəzdə şans verdiz. Nəzərə alsaq ki, Almeyda da mərkəzdə oynayır, gələcəkdə Nazarovu əvvəlki mövqeyində görə bilərik?

- Onlar fərqli oyunçulardı. Səhv etmirəmsə, Prosineçkinin vaxtında da Nazarov mərkəzdə oynayıb. Onun potensialına bələd olduğum qədər deyə bilərəm ki, Nazarov mərkəzdə daha yaxşı oynayır.

- Komandada taran tipli hücumçu problemi var. Bu problemi həll etmək üçün millidə yeni futbolçu, məsələn Rüfət Dadaşovu yenidən yığmada görə bilərik?

- Alternativ variantlar barədə düşünürük. Nə qədər mümkün olacaq, gələcəkdə görəcəyik.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər