“Qarabağ” və “Fənərbaxça” arasındakı fərq













“Əşi, o qədər pul aldılar keçən il. Bir yaxşı hücumçu tapmadılar”, “Rəşad Sadıqov getməsə, düzəlməyəcək, bütün günahlar ondadı”, “Qurban Qurbanov əvəzetmələri gec etdi. Nəyi gözləyirsən, onsuz da uduzuruq da”… və sair və ilaxır.
Hamı ittiham edir. Hamı özünə görə haqlıdı. Hərənin bir həqiqəti, bir inandığı var və onu söyləməkdə-yazmaqda azaddı. Zatən illərdi bunun həsrətindəyik. İctiami-siyasi həyatda düşündüyünü deyə bilməyən, heç düşünmək və demək istəməyən xalqımız futbol mövzusunda çox həssasdı, aqressivdi, güzəştə getməz. Olsun, qoy ürəklərimiz belə boşalsın.
Bəli, hamımız istəyirdik ki, “Qarabağ” BATE-ni yolundan kənarlaşdırsın, Hollandiya çempionu PSV Bakıya gəlsin. Ondan sonra da “Caps Lock”u buraxıb, qrup mərhələsində “Roma” və ya “Çelsi” ilə yenidən qarşılaşmağın sevincini yaşayaq. Bunu Qurban Qurbanov da istəyirdi, Rəşad Sadıqov da. Bizdən fərqli olaraq, onlar bu istəyin gerçəkləşməsi üçün təkcə sosial şəbəkələrdə yazmaqla, televizorda və ya stadionda futbola baxmaqla kifayətlənmir, gecə-gündüz çalışır, baş sındırır, məşqlər edirdilər.
Bir şeyə şübhəniz olmasın ki, ardıcıl ikinci il Çempionlar Liqasının qrupuna yüksəlməyi arzulamaqla çox şey istəyirdik. Bizim istədiyimiz qədər başqaları da istəyir axı. Özü də onlar təkcə istəmir, həm də bunun üçün akademiyalar tikir, futbol məktəbləri yaradır, futbolçu yetişdirir. Bunlar klub rəhbərliyinin və futbol funksionerlərinin işidi, bəli. Amma azarkeşin də öz üzərinə düşən vəzifəsi var. Dünyanın hər bir yerində azarkeş əvvəlcə o vəzifələri yerinə yetirir. Stadiona gəlir, bilet alır, forma alır, atribut alır, futbola baxmaq üçün telekanallara belə ödəniş edir.
Dünən “Benfika”nın Çempionlar Liqasından uzaqlaşdırdığı “Fənarbaxça”nın azarkeşlərinin etdiyi kimi. İstanbul klubunu keçən il Makedoniya “Vardar”ı Avropa Liqasından da “qovmuşdu”.
“Fənərbaxça” Çempionlar Liqasında sonuncu oyununu 2008-ci ilin dekabrında Kiyev “Dinamo”suna qarşı keçirib. Bəli, 10 il bundan əvvəl. “Benfika”ya məğlubiyyət həm də o demək idi ki, bu seriya azı bir illiyinə də uzandı. Bu 10 il ərzində anadan olan uşaqlar məktəbə gedib, məktəblilər universiteti də bitirib, əsgərlər təxris olunub. Amma “Fənərbaxça” xərclədiyi milyonların qarşılığında Çempionlar Liqasının qrupunda oynaya bilməyib.
“Şükrü Saracoğlu” stadionunun 50 min azarkeş tutumu var. Bu stadion “Fənərbaxça”nın adi çempionat oyunlarında belə dolu olur. Özü də biletlərin əksəriyyəti mövsümlük, “futbol ili” başlamamış abunə şəklində satılır. Söhbət ciddi məbləğdə paralardan gedir. Hələ “Fenerium”ların gündəlik dövriyyəsi, klub üzvlərindən toplanan ianələr, yardımlar. Bütün bunlara rəğmən “Fənərbaxça” keçən il “Vardar”la, bu ilə isə “Benfika” ilə oyunlara faktiki nominal hücumçu olmadan çıxmışdı. O boyda milyonların qarşılığında 111 yaşı olan klub zamanında bir normal hücumçu transfer edə bilmir. Çünki bu futboldu, onun da öz qanunları, öz qaydaları var. Olmayanda olmur. Təkcə istəməklə, pul xərcləməklə deyil ki.
Biz isə düşmüşük “Qarabağ”ın üstünə ki, keçən il Çempionlar Liqasının qrupunda oynadığınıza görə qazandığınız pulları nə üçün transferlərə xərcləmirsiz. “Fənərbaxça” 10 ildi ÇL-də qrup görmür, “Qarabağ”ın “Roma” ilə qarşılaşmasından isə heç bir il keçməyib. Əmin olun ki, Avropa Liqasının qrupunda oynamaq, bununla da ardıcıl beşinci dəfə avrokuboklarda qrup mərhələsinin iştirakçısına çevrilmək Azərbaycan çempionu və futbolumuz üçün böyük uğur sayılacaq.
Özü də bu il Avropa Liqasında qruplara qalıb, daha sonra “play-off”a qatılmaqla yeni bir ilkə imza atmış olarıq. Bu da “Qarabağ” və bizim üçün daha bir motivasiya. (Qaynarinfo)

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər