Cəmiyyətdə polemika mədəniyyəti niyə yoxdur?













Azad İsazadə: “Hamı danışmaq istəyir, dinləmək isə istəmir”
Son vaxtlar cəmiyyətimizdə aqressiya, özünü ifadə edərkən söyüş ifadələrindən istifadə adiləşməyə başlayıb. İstər ictimai-siyasi, istərsə də ədəbi mühitdə olan müzakirələrdə aqressivlik, leksikonda söyüş, hədyan müşahidə olunur. Nadir hallarda təmkinli və fikir plüralizmi ilə müzakirələr aparılır.

Bu cür aqressiya xüsusən də sosial şəbəkələrdə baş verir. Xüsusən də müxalif nümayəndələr, yazarlar bir-birinə qarşı söyüşlü, həqarətli replikalar atır, ağır ittihamlar edir.

Bu səbəbdən hansısa məmur və ya nüfuzlu şəxslər sosial şəbəkələrdə təhqir olunmaqdan çəkindikləri üçün mətbuata açıqlama, müsahibə vermək istəmir. Bu cür halla mətbuat nümayəndələri tez-tez rastlaşır. Məsələn, bu günlərdə jurnalist sabiq təhsil naziri Misir Mərdanovdan hansısa məsələ ilə bağlı rəy almaq istəyərkən, o, danışmaq istəmədiyini, çünki sonradan təhqirlə üzləşdiyini deyib:

“Danışığımı müxtəlif cür yozurlar. Mən danışıram, başqası yanına bir şey qoşur. İstəmirəm ki, kimlərinsə təhqiri ilə üzləşim…”

Bir sözlə, cəmiyyətdə polemika mədəniyyəti deqradasiyaya uğrayıb. Bəs səbəb nədir? İnsanlar niyə bu üsula əl atır, özlərini ifadə edə bilmir, yoxsa?..

Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb:

“Bəli, bu doğrudur ki, cəmiyyətimizdə aqressiya çoxalıb. Təkcə Azərbaycan deyil, hazırda bütün dünya bu cür period yaşayır, aqressiyanı biz hər yerdə görürük. Bu səbəbdən real müharibələr də artıb. Aqressiv davranış artıq normal vəziyyətə çevrilməyə başlayıb.

Ölkəmizdə bu problemin yaranmasının əsas, konkret səbəblərindən biri odur ki, biz bir-birimizi artıq dinləmək istəmirik, icazə vermirik ki, qarşı tərəf bir fikir, rəy bildirsin. Bəzən insanların öz fikrini bildirməsi çox çətin olur. İnsan var ki, bir neçə cümlədən sonra öz fikrini tamamlaya bilir, lakin əks tərəfin rəyini dinləməyə səbri çatmır, dediyi sözü səhv anlayırıq. Hətta bəzən hansısa sözü kontekstdən çıxarıb, başqa tərəfə yozuruq. İlk növbədə biz bir-birimizi dinləməliyik. Hamı danışmaq istəyir, dinləmək isə istəmir.

Söyüş ifadələrindən istifadə etmək isə konkret mədəniyyət məsələsidir. İnsan var ki, ümumiyyətlə söyüşdən istifadə edə bilmir, nə məişətdə, nə də başqa yerdə. Əgər bir arqument deyilirsə, onu eşitmək və ya anlamaq istəmirlərsə, bu dəfə söyüşə keçirlər. Yəni insanların sözü keçməyəndə ya gücə, ya da söyüşə əl atırlar”.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər