Azərbaycanın ilk xalq şairi – 106 il













Azərbaycanın ilk qadın Xalq şairəsi, “İstiqlal” ordenli Mirvarid Dilbazinin doğum günüdür.
Mirvarid Dilbazi 1912-ci ildə Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. APİ-nin dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil alıb və Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan şairə Azərbaycan EA-nın Əlyazmaları fondunda, Azərbaycan Dövlət Nəşriyyatında işləyib.
“Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” adlı məcmuədə dərc edilib. Böyük Vətən müharibəsi illərində vətəni müdafiə mövzusu onun yaradıcılığında əsas yer tutub. Həmin illərdə yeddi kitabı çap olunub ki, bunların altısı Vətən müharibəsinə həsr edilib.

M.Dilbazinin “Məhsəti” poemasının süjeti məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. “Əlcəzairli qız” əsəri real faktlar əsasında yazılıb.

Onun 70-80-cı illərdə “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Dağ çiçəyi”, “Yasəmən fəsil”, “Seçilmiş şeirlər” nəzm kitabları və 3 cilddə “Seçilmiş əsərləri” çap olunub.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyiblər.

Şairə Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini Azərbaycan dilinə tərcümə edib. Həmçinin onun əsərləri xarici dillərə tərcümə olunub.

Xalq şairəsi 2001-ci il iyulun 12-də dünyasını dəyişib. (AzVision.az)

Oxunub: 824

Son xəbərlər

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Bütün xəbərlər