sosial
24.08.2018, 10:11
Piyada keçidlərindəki problem...

Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyi artıq piyadaların təhlükəsiz hərəkəti ilə bağlı tədbirlər planını həyata keçirməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, 2017-ci ildə piyada keçidlərinin vəziyyəti ilə bağlı aparılan təhlillər nəticəsində aşkar edilən çatışmazlıqlar artıq aradan qaldırılıb. Müxtəlif küçə və prospektlərdəki standartlara uyğun olmayan eyni səviyyəli piyada keçidləri yenidən normal qaydada piyadaların istifadəsinə verilib.
Bəzi ünvanlarda piyadaların təhlükəsizliyi məqsədi ilə keçidlərə yeni elementlər əlavə edilib. Panduslar və dəmir məhəccərlər quraşdırılıb.


