“Xəzər” klinikasında ölüm: mərhumun ailəsi şikayətçidir, iş prokurorluqda araşdırılır-FOTOLAR













Bakı sakini Songül Əhmədova “Xəzər” klinikasından şikayətçidir. Özünün AFN-ə verdiyi məlumata görə, anası Şərqiyyə Əhmədova klinikanın baş həkimi İlqar Yusibovun məsuliyyətsizliyi ucbatından dünyasını dəyişib.

“Xəzər” klinikasında ölüm:
Mərhumə Şərqiyyə Əhmədova

Belə ki, Ş.Əhmədova avqustun 2-də uşaqlıq miomasından əməliyyat olunmaq üçün klinikaya müraciət edib: “Ayın 1-də anamda təngnəfəslik yaranıb, “Xəzər” klinikası yaxın olduğu üçün bibim ora aparıb anamı. Ona qədər qanaxması olurdu, amma qorxulu həddə deyildi. Klinikada kardioloq anamın ürəyini yoxlayıb, deyib heç bir problem yoxdur. Söhbət əsnasında anam deyib ona ki, məndə filan problem var, qanaxma olur, təngnəfəslik ondan ola bilərmi? Həkim deyib xəstəliyinlə bağlı olan diaqnozları götür bizim klinikanın baş həkimi İlqar Yusibova yaxınlaş. Anam yaxınlaşıb İlqar həkimə, o isə deyib ki, əməliyyat ola da bilərsən, olmaya da. Anam deyib nə vaxtdır müalicə alıram, onsuz da keçən deyil, əməliyyat edək. Beləliklə, avqustun 2-də əməliyyat baş tutub, cərrah İlqar Yusibov aparıb. Anamın uşaqlığı bütövlükdə götürülüb”.

“Xəzər” klinikasında ölüm:
Şikayətçi Songül Əhmədova

Şikayətçinin sözlərinə görə, əməliyyat səhər saat 11:00 radələrində başlayıb 13.00 radələrinə kimi davam edib. S.Əhmədiova əməliyyatdan sonra anası ilə görüşüb, dediyinə görə, rəngi göyəribmiş, özü də titrəyirmiş: “Tibb bacısını çağırdım, dedi narkozdandı, normaldı. Anamın üstünə qalın odyal-filan örtdürdüm getdim evə. Axşam görüş saatında getdim yanına, dedi vəziyyətim yaxşıdı, sadəcə keylər açılır deyə bir az ağrılar gəlir. Səhəri gün saat 9-a qalmış yenə getdim anamın yanına, dedi ki, mən buranın kaşasını istəmirəm özün bişir gətir, özüm bişirdim apardım, yedirtdim. Amma baxdım ki, onun yarasına və sidikliyinə salınan kateterin biri çıxıb yatağı islanıb, biri isə altında qalıb bükülü vəziyyətdə qalıb. Xəstə baxıcısını çağırdım, başladı anama hirslənməyə ki, bəs bunu niyə vaxtında deməmisiz, hər yer batıb-filan. Ona irad bildirdim, dedim bu sizin vəzifənizdir, gəlib baxmalısız, nəzarətdə saxlamalısız. Sonra mən baxdım ki, anamın ayağından bandajın biri çıxıb, soruşdum anamdan ki, niyə belədir, dedi axşam bir dəfə çıxdı geydirdilər, ikinci dəfə çıxanda dedilər ki, daha lazım deyil onsuz da, geydirmədilər. Sonra mənə dedilər ki, get bandaj al qarnına bint bağlanmalıdır onu bağlayaq. Həm də dedilər ki, get al gətir sonra altını dəyişək köməkli xəstənin. Getdim aldım qayıtdım, elə içəri girmək istəyirdim kənardan qışqırdılar ki, görüş saatı bitib, dərhal otağı tərk elə və s. Anam uzaqdan mənə dedi ki, hardaydın, niyə gec gəldin? Dedim sənə bandaj almağa getmişdim, dedi nahaq getmisən başqa yerə, gərək burdan alaydın. Mən çıxdım evə gəldim, 15 dəqiqə idi çatmışdım, zəng gəldi ki, gəl ananın vəziyyəti pisdir. Getdim, mənə demədilər ki, keçinib, sonradan dedilər. İlkin diaqnoz qoyulub ki, tromb qopub gedib ağciyərə tıxanıb ondan keçinib”.
S.Əhmədovanın sözlərinə görə, dərhal məsələyə hüquq-mühafizə orqanları, prokurorluq qarışıb. Meyit ekspertizaya götürülüb, bütün orqanlarından nümunələr götürülüb: “Mənim şikayətim odur ki, həkim əməliyyat öncəsi müayinəni düzgün aparmayıb. Anam deyib ki, məndə varikoz var, həkim deyib ki, problem yoxdur. Bundan başqa, anamda qan tez laxtalanırdı, həkim demişdi anemiyası var, bütün bunlara baxmayaraq, onu əməliyyata salıblar və əməliyyat vaxtı heç bir əlavə qan köçürməsi aparılmayıb. Biz indi ekspertizanın cavabını gözləyirik. Həmçinin ölkə rəhbərliyinə müraciət etmişik”.

“Xəzər” klinikasında ölüm:
Baş həkim İlqar Yusibov

“Xəzər” klinikasının baş həkimi İlqar Yusibov AFN-ə açıqlamasında məsələnin hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirdi. Onun sözlərinə görə, araşdırma başa çatdıqdan sonra bu məsələ haqda ətraflı danışmaq olar.

FƏRİDƏ


“Xəzər” klinikasında ölüm: mərhumun ailəsi şikayətçidir, iş prokurorluqda araşdırılır-FOTOLAR


“Xəzər” klinikasında ölüm: mərhumun ailəsi şikayətçidir, iş prokurorluqda araşdırılır-FOTOLAR



“Xəzər” klinikasında ölüm: mərhumun ailəsi şikayətçidir, iş prokurorluqda araşdırılır-FOTOLAR




“Xəzər” klinikasında ölüm: mərhumun ailəsi şikayətçidir, iş prokurorluqda araşdırılır-FOTOLAR

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər