Aslan Aslanov: ” Hədəfimiz OANA-nın fəaliyyətini müasirləşdirməkdir”














AZƏRTAC 2016-cı ildən 35 ölkədən 44 agentliyin daxil olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) rəhbərlik edir.
Dünya üzrə informasiya axınının 1/3-i təşkilata üzv olan agentliklərin payına düşür. AZƏRTAC-ın sədrliyi dövründə nüfuzlu xəbər agentliklərini ətrafında birləşdirən təşkilatın fəaliyyətinin genişləndirilməsi istiqamətində addımlar atılıb, bu məqsədlə bir sıra yeniliklər edilib.
Bu barədə OANA-nın prezidenti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov İranın İRNA informasiya agentliyinə müsahibəsində məlumat verib.
Müsahibədə OANA-nın İcraiyyə Komitəsinin sentyabrın 3-4-də Tehranda AZƏRTAC-ın sədrliyi ilə keçiriləcək 43-cü iclasında müzakirəyə çıxarılması nəzərdə tutulan məsələlərə toxunulub.
OANA-nın prezidenti qeyd edib ki, feyk xəbərlər probleminin aktuallaşdığı bir dövrdə etibarlı informasiya mənbələrinə ehtiyac xüsusilə artır.
Buna görə də sədr kimi AZƏRTAC-ın məqsədi bu təşkilatın sıralarında birləşən xəbər agentliklərinin dəqiq və qərəzsiz informasiyalarını daha böyük auditoriyaya çatdırmaq, qurumun fəaliyyət dairəsini genişləndirməkdir.
Bununla bağlı, ilk növbədə, OANA-nın veb-saytının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülüb, burada üzv agentliklərin xəbərlərinin həcminin artırılması ilə əlaqədar tədbirlər həyata keçirilib.
Müsahibədə qeyd olunur ki, Tehran iclasında AZƏRTAC-ın təşəbbüsü ilə təşkilatın idarəçiliyinin daha da gücləndirilməsi üçün təkliflər müzakirəyə çıxarılacaq.
Buraya qurumun daimi baş katiblik ofisinin, Təlim Akademiyasının yaradılması, üzv agentliklərin əməkdaşları üçün treninqlərin və seminarların təşkili kimi məsələlər daxildir.
“Müasir internet əsri bizdən davamlı təcrübə mübadiləsi aparmağı, yeni çağırışlara hazır olmağı tələb edir. Odur ki, OANA-nın fəaliyyətini daha da müasirləşdirmək, dövrün tələbinə uyğunlaşdırmaq qarşımızda əsas hədəf kimi dayanır. Bu və digər məsələlər Tehranda üzv agentliklərin iştirakı ilə geniş müzakirə olunacaq”, – deyə OANA-nın prezidenti bildirib.
Qeyd edək ki, OANA İcraiyyə Komitəsinin Tehranda keçiriləcək iclasında Rusiyanın TASS, Türkiyənin Anadolu, Çinin Sinxua, Yaponiyanın Kyodo, Cənubi Koreyanın Yonhap və digər üzv agentliklərin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.(Oxu.Az)

Oxunub: 858

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər