Sosial şəbəkələrdə milli maraqlar necə qorunmalıdır? –Jurnalistlər və şəbəkə üzvləri üçün təlimlər keçiriləcək













“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında milli maraqların müdafiəsinin təşkili” layihəsinin icrasını həyata keçirir.

Layihənin məqsədi internet informasiya resurslarında və sosial şəbəkələrdə milli maraqların müdafiəsi məqsədilə jurnalistlər, populyar Feysbuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri və fəal istifadəçilərinin, sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi və məlumatlığının artırılmasıdır.

Layihə rəhbəri Xaqani Səfəroğlu layihə haqqında məlumat verərək qeyd edib ki, müasir dövrdə informasiya müharibəsi aparan qlobal səviyyəli mərkəzlərlə yanaşı, konkret coğrafi məkanlarla lokallaşdırılmış “psevdolokal” mərkəzlər mövcuddur. Onlar öz qeyri-qanuni fəaliyyətlərini konkret bir dövlətə yönəltməklə məqsədlərinə nail olmağa çalışırlar: “Bu layihə internet informasiya resurslarında və sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan informasiya müharibəsi, bu cür səylərə qarşı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur”.

Layihə çərçivəsində Bakı şəhərində KİV-də çalışan jurnalistlər, daha çox gənclər, populyar Feysbuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri və fəal istifadəçiləri üçün 2 dəfə 1 günlük təlim keçiriləcək. Həmçinin jurnalistlər və sosial şəbəkə istifadəçiləri üçün “Feyk xəbərlər və trollar vasitəsilə yayılan informasiyaların təsbit edilməsi üçün Bələdçi” hazırlanacaq.

Layihə çərçivəsində “Azərbaycana qarşı informasiya müharibəsi və mümkün müdafiə tədbirləri” mövzusunda dəyirmi masa müzakirələri keçiriləcək. Dəyirmi masaya Azərbaycan Mətbuat Şurası, KİVDF, aparıcı qəzet, xəbər portalları və saytları, populyar Feysbuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri və fəal istifadəçiləri dəvət olunacaq. Müzakirələr nəticəsində hazırlanmış tövsiyyələr müvafiq dövlət qurumlarına təqdim olunacaq.

Son xəbərlər

Neft yenidən bahalaşdı

Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb - İLGİNC

Yaponiyada güclü zəlzələ 13 can aldı

Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bütün xəbərlər