dunya
1.09.2018
Donetskdəki partlayışda xəsarət alanların sayı açıqlandı

Qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkonun ölümü ilə nəticələnən partlayışda xəsarət alanların sayı açıqlanıb.
“dogruxeber.tv” xarici mediaya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları partlayışda 11 nəfər ölən və yaralananın olduğunu bildirib. Ölən və yaralananların sayı ayrı-ayrılıqda açıqlanmır.
Xatırladaq ki, ötən gün “Separ” restoranında törədilmiş partlayış nəticəsində qondarma DXR-in vergilər naziri Aleksandr Timofeyev də ağır yaralanıb.


