hadise
1.09.2018, 10:01
Soçidə təyyarə qəzası - 18 yaralı+Video

Rusiyanın Soçi şəhərində sərnişin təyyarəsi qəza edib.
“dogruxeber.tv” RİA Novosti-yə istinadən xəbər verir ki, qəza “Boeing 737” təyyarəsi enən zaman qeydə alınıb. Belə ki, “Utair” hava şirkətinə məxsus təyyarə zolaqdan çıxaraq yanmağa başlayıb.
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hadisə zamanı 18 nəfər xəsarət alıb ki, onlardan da üçü uşaqdır. 160 nəfər təxliyyə edilib.
Təyyarə Moskvadan Soçiyə uçurmuş. Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və yanğın lokallaşdırılıb.


