Problem İzzət deyil ki...













Qan Turalı

Azərbaycan kinematoqrafiyasının vəziyyəti məlum, gələcəyi isə qaranlıqdır.

Hər il çəkilən filmlərin sayı artır, səviyyə isə enir.

“Biz “Hozu”ya baxmış adamlarıq, daha bizi heç nə heyrətləndirməz” deyirsinizsə, deməyin.

Sabah elə film çıxır ki, “Hozu” onun yanında festival filmi olur.

Sanki “kim daha pis film çəkər?” yarışı gedir.

Kinoteatrlar tamaşaçı sayını sirr kimi saxlayırlar.

Misal üçün, mən bilirəm ki, Türkiyədə istehsal olunan “Rüzgarla bir” filmini cəmi 12 adam izləyib, film 72 lirə pul qazanıb.

Azərbaycanda bu rəqəmlər açıqlanmır.

Onsuz da tamaşaçını düşünən də yoxdur.

Sponsoru tap, istədiyini çək, istəməyən heç baxmasın.

Sponsorun maraqları hər şeyin üstündədir.

Nə incəsənətin maraqlarını düşünən var, nə də tamaşaçını.

Nə yaradıcılıq qalıb, nə də istedad...

Ancaq sponsorluqdur, vəssalam.

Baxın, istəsək nə qədər gəlişigözəl sözlər deyərik.

Keçmişin nostalgiyası ilə danışarıq.

Köhnə filmlərimiz kimisi çəkilmir deyərik.

Demaqogiya ilə məşğul olarıq.

Amma məsələ bunda da deyil.

Azərbaycanda kifayət qədər yaxşı rejissorlar yetişib.

Çox yaxşı aktyor heyəti var, eyni anda çəkilsə 7-8 filmə çatar.

Di gəl ki, kino sənayeləşə bilmədiyi üçün bütün bu potensial məhv olur.

Azərbaycan tamaşaçısı fəlakətə düçar olub.

Səbəblər nədir?

Azərbaycanda iki kinoşəbəkəsi var, birinin göstərdiyi filmi digəri göstərmir.

Buna görə də normal filmlər salon tapa bilmirlər.

Hələ bu nədir ki?

Dövlət istehsalı olan film dövlətin kinoteatrında nümayiş oluna bilmir.

Vəziyyət bu qədər dramatikdir.

Azərbaycanda heç bir sahədə bu qədər nadanlıq, bu qədər cəhalət yoxdur.

Doğrudanmı, 120 illiyini qeyd edəcəyimiz kino bu vəziyyətə düşməli idi?

Filmlər bir-birindən fərqlənmir.

Hamısında eyni aktyorlar, eyni zarafatlar, eyni ssenari...

Kino incəsənət sahəsidir.

Lakin bizdə kino televiziyanın əlavəsi kimi çıxış edir və orda olan bütün mənfi görsənişlər eyni dərəcədə kinoya da sirayət edib.

Bir aktyor bir ildə səkkiz filmdə oynayır və heç biri-biri birindən də seçilmir.

Bir müddət sonra o və o cür aktyorlar heç kimə lazım olmayacaqlar.

Ümumilikdə, çox qəribə tendensiyadır, film istehsalı artdıqca filmlərin keyfiyyəti getdikcə daha da pisləşir.

İndi bu situasiyada da İzzət ssenari yazmasın neyləsin?

Kimdən əksikdir ki?

Misal üçün, “Ağanatiq” filminin titrlərinə baxaq.

Baş rolda Cabir İmanov.

Quruluşçu rejissor: Cabir İmanov

Quruluşçu rəssam: Cabir İmanov.

Ölkədə başqa adam yoxdur...

Varsa, yoxsa, Cabir İmanov.

Filmin keyfiyyəti haqda isə danışmağa dəyərmi?

85 dəqiqədə insan bir dəfə gülməzmi?

Eləcə də başqa filmlər...

Son illərdə bir az inkişaf oldu, insanlar kinoteatrlara getməyə başladı.

Filmlər çəkildi.

Amma bu gedişlə daha film-zad olmayacaq.

Qayıdacağıq köhnə əyyamlara.

Ona görə də bu prosesi qiymətləndirmək lazımdır.

Kinematoqraflar öz mövqelərini bildirməlidirlər.

Məsələlər geniş şəkildə müzakirə edilməlidir.

Mətbuat öz işini qaladan fotosessiyalar verməklə, qala gecələrində aktrisaların paltarların müzakirə etməklə bitmiş saymamalıdır.

Kino bizim taleyimizdir, tariximizdir və sabahımızdır.

Problem İzzətdə deyil ki...

Problem kinonun izzətini itirməsindədir.

Oxunub: 1 177

Son xəbərlər

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

Günün valyuta məzənnələri açıqlanıb

Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var

"Abşeron Lions" "Neftçi"ni məğlub edib

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi yeni nəqliyyat vasitələri satın alır

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Bütün xəbərlər