“Saziş bütün hallarda imzalanacaq” - Şərh













Xəbər verdiyimiz kimi, ölkə prezidenti İlham Əliyev sentyabrın 6-da Xorvatiyaya səfər edib. “Qafqazinfo” xəbər verir ki, ölkə başçısı Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə iki ölkə arasındakı əlaqələri müzakirə edib. Eyni zamanda, səfər çərçivəsində Azərbaycanla Xorvatiya arasında müxtəlif sazişlər imzalanıb.

Qeyd edək ki, Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli strateji tərəfdaşlıq əlaqələri qurur, ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq güclənir. Səfər çərçivəsində imzalanmış sənədlər ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacaq.

Eyni zamanda Azərbaycan ilə Xorvatiya arasında aparılmış danışıqlar ölkələr arasında əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq.

Prezidentin Xorvatiyaya səfəri ilə bağlı “Qafqazinfo”ya danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, Xorvatiya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərdəndir: “Xorvatiya və Azərbaycan arasında strateji tərəfdaşlıq var. Bunu hər iki ölkənin prezidenti də təsdiq etdi. Xorvatiya prezidenti bir neçə dəfə Azərbaycana səfər edib. 5 il bundan əvvəl Zaqrebdə iki ölkə arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb. Buna baxmayaraq, iki ölkə arasında iqtisadi-ticarət mübadiləsinin həcmi geniş deyil. Buna görə də prezidentlər hökumətlərarası komissiyaya tapşırıq verdilər. Komissiya həm ticarət dövriyyəsinin artırılması, həm də müştərək investisiya layihələrini nəzərdən keçirməlidir”.

O qeyd edib ki, Azərbaycanın Xorvatiya ilə əməkdaşlığında əsas marağı enerji ixracı ilə bağlıdır: “Cənubi Qaz Dəhlizi 7 ölkəni birləşdirir. Bakıdan Avropaya qədər 3500 kilometr uzunluğunda qaz kəməri çəkiləcək. Xorvatiya da bu layihəyə maraq göstərir. Xorvatiya Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclaslarında iştirak edir. Adriatik qaz kəmərinin tikintisi müzakirə olunur. Azərbaycan bu boru xətti ilə Xorvatiyaya qaz satmaq istəyir. Xorvatiya Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından da istifadə edə bilər. Xorvatiya gənc dövlət olmasına baxmayaraq, Avropa Birliyinin və NATO-nun üzvüdür. Biz Xorvatiyanın Avropa sturkturlarına inteqrasiyası təcrübəsindən istifadə edə bilərik”.



E. Şahinoğlu xatırladıb ki, bir müddət əvvəl ölkəmizə səfər edən Almaniya kansleri Angella Merkelin səfəri hələ də müzakirə olunmaqdadır: “Bu təbiidir. Çünki, bu, Almaniya kanslerinin müstəqil Azərbaycana ilk səfəri idi. Bakıda müxtəlif mövzularda aparılan danışıqlar diqqəti cəlb edirdi. Bu mövzulardan ən başlıcası da Azərbaycan – Avropa İttifaqı münasibətləri idi. Azərbaycan Avropa İttifaqı ilə strateji saziş imzalamağa hazırlaşır. Sazişin nə zaman imzalanacağı məlum deyil. Buna baxmayaraq, həm Brüssel, həm də Bakı bu sənəd üzərində çalışmalarını davam etdirirlər. Prioritetlərlə bağlı saziş artıq imzalanıb. Bu isə o deməkdir ki, strateji əməkdaşlıq sazişi də bütün hallarda imzalanacaq. Sadəcə, sənədin əsas bəndləri üzərində iş gedir. Avropa ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Azərbaycana investisiyaların önəmli hissəsi də məhz Avropadan gəlir. Bu səbəbdən Azərbaycanın Avropanın ayrı-ayrı ölkələri ilə əməkdaşlığı genişləndirməsi son dərəcə əhəmiyyətlidir. Azərbaycan prezidentinin tez-tez Avropa ölkələrinə səfərləri də məhz bununla bağlıdır”.

Günel Türksoy

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər