iqtisadiyyat
13.09.2018
31 milyardlıq istehsal olub

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-avqust aylarında 31,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilib.
“dogruxeber.tv” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, sənaye məhsulunun 73,0 faizi mədənçıxarma sektorunda, 22,3 faizi emal sektorunda, 4,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 0,9 faiz, əmtəəlik qaz hasilatı isə 0,5 faiz artıb.


